Masallının 2-ci Yeddioymaq kənd sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.
“ölkə.az” xəbər verir ki, cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) və 221.3 ( xuliqanlıq) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən Nəhmətov Daşqın Qurban oğlunun məhkəmə prosesinə hakim Əziz Seyidov sədrlik edəcək.
Xatırladaq ki, ibtidai istintaq orqanı tərəfindən Nəhmətov Daşqın Qurban oğluna cinayət məcəlləsinin 125 və 221.3-cü maddələri ilə ittiham elan olunub. Belə ki, 1994-cü ildə Nəhmətova Ülkər İsmayıl qızı ilə ailə qurub və iki uşaqları olub.
Bu hərəkətlərdən Ülkər Nəhmətova bezərək dəfələrlə məcbur olub atası evinə gedərək orada qalıb. Ü.Nəhmətova ləyaqətinin mütəmadi olaraq alçalmasına dözməyərək uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırmış və nəticədə 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib. Bundan başqa, Nəhmətov Daşqın Qurban oğlu 06 oktyabr 2015-ci il tarixdə saat 22 radələrində arvadı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə etdikdən sonra silah qismində istifadə etdiyi mətbəx bıçağını götürüb arvadını əkin sahəsində işləməyə aparan həmkəndlisi Həsənova Nəzakət Əlihüseyn qızının qolundan tutub sonuncunun qonşuluqda yaşayan qaynı Həsənov Fəttah Həsən oğlunun evinə apararaq çoxsaylı qonşularının gözü qarşısında xuliqanlıq edib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə 1971-ci il təvəllüdlü Nəhmətov Daşqın Qurban oğlu Cinayət Məcəlləsinin 125 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum edilib.