
Məlumata görə, rayonun Q. Qarayev prospekti ev 2-nin qarşısında, Bakı şəhər sakini 1950-ci il təvvəllüdlü Qurbanov Arif Balağa oğluna məxsus “ZAZ” markalı avtomaşının şüşəsini sındırıb, qaçırmağa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əsgərov Məhəmməd Məhərrəm oğlu və Bakı şəhər sakini İsmayılov Ramin Musa oğlu tutulublar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin daha bir neçə avtomobillərdən oğurluq etmələri müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlayıb. publika.az