Maşın qaçırmağa cəhd edən sumqayıtlı tutulub

732
Bakının Nizami rayonunda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub. Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayonun Q. Qarayev prospekti ev 2-nin qarşısında, Bakı şəhər sakini 1950-ci il təvvəllüdlü Qurbanov Arif Balağa oğluna məxsus “ZAZ” markalı avtomaşının şüşəsini sındırıb, qaçırmağa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əsgərov Məhəmməd Məhərrəm oğlu və Bakı şəhər sakini  İsmayılov Ramin Musa oğlu tutulublar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin daha bir neçə avtomobillərdən oğurluq etmələri müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlayıb. publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər