Məşhur professordan xərçəngin qarşısını alan MÜHÜM TÖVSİYƏ: yun adyal, yun yastıq və…

2809

Daxili Xəstəliklər üzrə mütəxəssis və professor Canan Karatay xərçəngin yaranmasının qarşısını almaq üçün mühüm tövsiyələr verib.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, kardioloq Kastamonuda Siyez Festivalına qatılıb. C.Karatay festivalda olduqca önəmli açıqlamalarıla çıxış edib. Orqanizmə daxil olan kimyəvi maddələrin səbəb olduğu təsirlər haqqında danışan Karatay vətəndaşlara xərçəngin qarşısını alacaq mühüm tövsiyələr verib.

Məşhur professor bir çox xəstəliyin yaranmasını səbəbini səhv qidalanmada görüb:

“Valideynlərinizdə ürək xəstəliyi varsa, bu, o demək deyil ki, sizdə də olacaq. Xəstəliklərin heç biri genetik deyil. Hamımızda xərçəng genləri var, amma bunlar yanlış qidalanma nəticəsində ortaya çıxır. Hazır və zərərli məhsulların tərkibində olan toksinlər, o cümlədən karbohidratlar kimisində ağciyər, kimisində isə döş və s. xərçəng növləri yaradır. Müasir buğda unu hibrid olduğu üçün tərkibinin 60-80 faizini qluten təşkil edir. Qluten çörəyini çox istehlak etdiyimiz üçün tez-tez xəstələnirik”.

Professor daha sonra qatığın evdə mayalanmasının lazım olduğuna diqqət çəkib:

“Bağırsaqlarda yerləşən kiçik tüklər bizi bakteriyalardan qoruyur, lakin qluten bunları öldürür. Odur ki, təbii qidalanmağa çalışmalıyıq. Məsələn, qatığı evdə özünüz mayalayın və dərmansız meyvələrdən, qurdlu almalardan hazırlanan sirkələri istifadə edin”.

Yun istifadəsinin də əhəmiyyətindən bəhs edən Karatay sözlərinə belə davam edib:

“Müasir həyat, müasir yataqlar çıxandan sonra kişilərin və qadınların ağrıları artıb. Müasir yataqlar bədəndə ağrı yaradır. Ən gözəl yatağı ala bilərsiniz, amma onun üstünə yun adyal sərin. Yun yorğan və yastıqda yatın”.

Xərçəngi əngəlləyən ən önəmli qidalardan biri buğdadan hazırlanan səməni suyudur. Elm adamların sözlərinə görə, səməni suyu xərçəng müalicəsində olduqca böyük əhəmiyyətə malikdir. Eyni zamanda, Pakistanda Hunzakut Knyazlığında xərçəngdən ölüm yoxdur. Çünki hunzakutlular hər gün acı badam, ərik çəyirdəyi yeyir və xərçəngə tutmurlar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər