Məşhur sumqayıtlı müğənninin bacısı sağalmaz xəstəliyə tutulub

1769

Müğənni Yeganə Mürsəlovanın bacısı sağalmaz xəstəlikdən əziyyət çəkir.

Bu barədə xanım ifaçı özü məlumat verib. O bildirib ki, bacısı “psoriaz” xəstəliyinə tutulub:

“Mən bu xəstəliyin acısını yaşamışam. Bacım psoriaz xəstəliyindən əziyyət çəkir. Sağalmayan xəstəlikdir. Bacım illərdir müalicə olunur. Dərmanları vaxtlı-vaxtında alması, qəbul etməsi əsas şərtdir”.

Qeyd edək ki, psoriaz qırmızı-çəhrayı səpgilər və dərinin qabıq verməsi ilə müşayiət olunan xroniki qeyri-infeksion xəstəlikdir.

Psoriaz zamanı dəri hüceyrələri sürətlə bölünməyə başlayır, hüceyrələr tam yetişmir və onların arasında olan əlaqələr itir. Bu isə dəridə bu xəstəliyə xas olan pulcuqların əmələ gəlməsinə səbəb olur. Tam müalicə olunmur.

Qeyd edək ki, Yeganə Mürsəlova 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır.

Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir. 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudak ilə ailə həyatı qurmuşdur

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər