Mikayıl Müşfiqin doğum günü qeyd olunub

815
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub. Şairin əziz xatirəsini anmaq üçün Milli Məclisin deputatı Müşfiq Məmmədli, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və digər şəxslər Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında toplaşıblar. Tədbirdə iştirak edənlər şairin adının Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazıldığını, xalqımızın yaddaşından heç bir zaman silinməyəcəyini vurğulayıblar. Daha sonra muzeyin qarşısında ağac və mövsümi gül kolları əkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər