Millət Vəkili Müşfiq Məmmədlinin Novruz bayramı təbriki

923

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli Novruz bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
sumqayitxeber.com millət vəkilinin təbrikini təqdim edir:

“Doğma Azərbaycanımızın Novruz bayramını təbrik edir, xalqımıza cansağlığı, milli ideyalarımızın həyata keçməsində əzm və fədakarlıq arzu edirəm.
Novruz bayramı Çin, Orta Asiya, Qafqazlardan tutmuş, İran, Türkiyə, Mesopatamiyada yaşayan xalqların həyatında yenidən doğuşun, böyük ümidlər bəslənən Yeni günün simvoludur.
Qoy qədim , zəngin tarixi ənənələri olan xalqımıza bu Novruz böyük uğurlar bəxş etsin.
Mən inanıram ki, xalqımızın və ölkə rəhbərimizin həmrəyliyi, bizim hər birimizin fədakarlığı nəticəsində, bütün çətinliklərin, pandemiyaların öhdəsindən layiqincə gələcəyik.
Novruz bayramının fəlsəfəsində olan ümidli, xoş, firavan, Yeni günlər xalqımıza, dövlətimizə uğur gətirsin!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər