Bugünlərdə 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Muxtar Babayevin 17-ci mikrorayon ərazisində yaşayan seçicilərlə növbəti görüşü olmuşdur. Görüş, mikrorayon sakinlərinin müraciətləri əsasında müasir tələblər səviyyəsində yenidən tikilərək istifadəyə verilmiş xeyir-şər evində keçirilmişdir.
Görüş zamanı millət vəkilinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi sahələrdə, o cümlədən təhsil, səhiyyə və idman sahələrində ölkəmizdə apardığı geniş miqyaslı işlər, Azərbaycanı dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevirmək yolunda gərgin fəaliyyəti, onun diqqət və qayğısı sayəsində son illərdə Sumqayıtda aparılan abadlıq-bərpa tədbirləri barədə verdiyi geniş məlumat seçicilər tərəfindən maraqla dinlənilmişdir.
Seçicilərin çoxsaylı müraciətlərinə diqqətlə yanaşan millət vəkili görüş zamanı verilən sualları cavablandırmış və qaldırılan problemlərin həlli ilə bağlı öz fikirlərini bildirmişdir.
Səmimilik şəraitində keçən görüşdə seçicilər Sumqayıta və sumqayıtlılara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifaqə etmişlər.
Salam. Muxtar muellim diger millet vekillerinden ferqli olaraq mence daha cox isguzar insandir. Uqurlar
Millet Vekilleri yalniz secki dovrunde gorunurler. Men hec bir suqmayitli deputati tanimiram.Bu saytdan tanimisam Muxtar Babayevi de.
Yaxsi oalrdi ki Muxtar muellim milli meclisde de secicilerin problemlerini qabardardi. Ancaq men xeberlerden yene onun haqqinda melumatlar oxuyuram. Digerleri goresen harda istirahet edirler)
Saytinizdan Muxtar Babayevin fealiyyeti ile az da olsa xeberdar oluruq. Gorunen odur ki, millet vekili kimi her hansi bir isler gormek isteyir. Uqurlar arzulayiriq, ne qeder cox gorusler kecirseler o qeder xalqin problemlerini gormus olarlar