Milli Kino günü Sumqayıtda qeyd olunacaq

739

Ölkəmizdə 2 Avqust tarixi Milli Kino Günü kimi qeyd olunur. Bu məqsədlə “Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyi  milli kinomuzun bu günü, gələcək inkişaf perspektivləri, problemləri barədə söhbət aparmaq, dəvət etdiyimiz korifey sənətkarlarımız, kino xadimlərimizlə auditoriya arasında birbaşa kontakt yaratmaq, fikir mübadiləsi aparmaq, həmçinin gənc rejissor və aktyorlarla əvvəlki nəsl sənətkarları arasında varislik prinsiplərinin inkişaf meyillərini çözmək kimi məsələlərin müzakirəsini təşkil etmək üçün tədbir təşkil edəcək.

Tədbir 29 İyulda Sumqayıt şəhər Tarix muzeyinin zalında baş tutacaq və şəhərimizə bununla əlaqədar tanınmış kino simaları gələcək. Müzakirələrlə yanaşı Film nümayişi də gözlənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər