Milli Məclisin deputatı Emin Hacıyevlə gənclərin görüşü olub

846

30 iyun 2021-ci il tarixində YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyi, Gənclərin inkişafı və karyera mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə “Uğurunu paylaş” layihəsi çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatı Emin Hacıyevlə gənclərin görüşü baş tutub.
Tədbirin əvvəlində Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan moderator, YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin İdarə heyətinin üzvü, gənc şair Elvin Əlizadə iştirakçıları salamlayaraq tədbir barədə məlumat verib. Sonra Milli məclisin deputatı Emin Hacıyev çıxış etmiş, gənclərlə fikirlərini bölüşüb. Emin Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıb. Emin Hacıyev qeyd edib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Emin Hacıyev yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
Daha sonra Vətən müharibəsi qazisi, baş leytenant Pərvin Abdullayev, Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva, GİKM Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova və YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin sədri Fəridə Qafarova müxtəlif mövzularda çıxışlar edib, gənclərə öz töhfələrini verib. Sonda gənclərlə fikir mübadiləsi aparılmış, gənclərin sualları cavablandırılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər