Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elin Səsi” Milli-Mənəvi DəyərlərimizinQorunması İctimai Birliyinin “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində növbəti tədbiri keçirildi.Tədbir 17 mart 2022-ci ildəŞirvan şəhəri Şirvan Gənclər Evində “Azərbaycan milli-mənəvi dəyərlər sistemində ailə dəyərlərin rolu” mövzusunda baş tutdu. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şöbəsinin müdiri Sənən Xəlilov tədbiri açıq elan edərək, qonaqları təqdim etdi və şərait yaratdığı üçün Şirvan şəhər İcra Hakimiyyətinə, Şirvan şəhər Gənclər Evinə öz minnətdarlığını bildirdi.
Sonra söz Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Adəm Hüseynova verildi. A.Hüseynovqonaqları salamlayaraq, bu layihənin Şirvan şəhərində bu cür əhəmiyyətli və vacib mövzu ətrafında həyata keçirildiyi üçün öz minnətdarlığını bildirdi. Həmçinino, tədbirin və layihənin işində uğurlar arzuladı.
Daha sonra layihə rəhbəri, İctimai birliyin sədr müavini Qorxmaz Paşayev iştirakçıları salamlayaraq layihənin məqsədindən, layihə çərçivəsində görüləcək işlərdən və təşkilatın milli-mənəvi dəyərlər sahəsində gördüyü işlərdən danışdı. Q.Paşayev təşkilatın mütəmadi olaraq gənclərdə milli vətənpərvərlik hisslərinin aşılanması, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizin təbliği, düzgün maarifləndirmə işinin aparılması istiqamətində işlər gördüyünü bildirdi.
Tədbirin davamında sözİctimai birliyin idarə heyətinin üzvü, şərqşünas alim, təlimçi və Sumqayıt Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Əli Rzazadəyə verildi. Ə.Rzazadəmilli-mənəvi dəyərlərdən bəhs edərək, ailə dəyərlərinin önəmindən və əhəmiyyətindən danışdı. O bildirdi ki, ailə iki şəxs arasında qurulan münasibətdən və bu münasibətləri qarşılıqlı olaraq qorunub saxlanılmasından, milli və ali dəyərlərə sahib çıxaraq ünsiyyətin qurulmasından ibarətdir.
İctimai birliyin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, Azərbaycanailə modelindən söz açaraq bildirdi ki, xalqımıza xas olan bu dəyərləri gənclərə düzgün şəkildə çatdırmaq, təbliğ etmək və qorumaq ən başlıca vəzifələrimzidən biridir.
Şirvan Gənclər Evinin direktoruƏfqan Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı və milli vətənpərvərlik, milli mənəvi dəyərlər mövzularında gələcəkdə də layihələrin çox olmasını dəstəklədiyini bildirdi.
Daha sonra tədbirdə gənclər arasında milli musiqi ilə bağlı viktorina keçirildi. Viktorinada qalib gələn Jalə Heydərova və Vüqar Hüseynli İctimai birlik tərəfindən hədiyyə ilə mükafatlandırıldı. Təbirin sonun Gənclər Evində vətənpərvərlikvə milli əhval-ruhiyyəni özündə əks etdirən sərgi təqdim olundu və xatirə şəkilləri çəkildi.
“Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində növbəti tədbiri keçirildi
•
753