Milli Şura okeanın o biri üzündə

626

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak etdi

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri İpək yolu Beynəlxalq Festivalında və  Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etdi.

 

Texasda keçirilən İpək Yolu Beynəlxalq Festivalı türk dünyası ölkələrinin – Azərbaycan, Qazağıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət xadimlərini özündə birləşdirirdi. Festivalda beynəlxalq  və gənclər təşkilatlarının nümayəndələri iştirak etdi, Azərbaycanın KİV nümayəndələri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, Azərbaycanın ABŞ-dakı səfiri  Elçin Süleymanov, ARDNŞ-nın vitse prezidenti Xalıq Məmmədov, Hyustonun senatoru, Hyuston şəhərinin meri, Azərbaycanın ABŞ-dakı diasporası və ABŞ-ın  və türk dünyası ölkələrinin başqa ictimai və hökumət nümayəndələri iştirak etdi.

 

Həmçinin  Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirildi. Açılış mərasimi “Baku-Houston sister city” təşkilatı və SOCAR-ın dəstəyi ilə həyatya keçirildi.

 

ARGTMŞ-nın rəhbəri Şahin Seyidzadənin qeyd etdiyi kimi, “Bu tip tədbirlər bir daha Azərbaycanın mədəniyyətinin nümayiş etdirilməsinə, türk dünyası ölkələri və ABŞ-la əlaqələrin inkişafına imkan yaradır.”

 

Qeyd edək ki, ARGTMŞ “İpək Yolu” Gənclər Təşkilatının həmtəsisçisidir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası – bu ictimai birlik, 1995 – ci ildə yaranaraq 70 gənclər təşkilatını birləşdirir. Avropa Gənclər Forumunun tamhüquqlu üzvüdür.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər