21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
“Yeni Sabah” xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv evdə İsveçrəni qəbul edəcək. Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 hesabı ilə məğlub olub. Aktivində 3 xal olan milli sonuncu yerdə qərarlaşıb. İsveçrə isə 6 xalla turnir cədvəlinə liderlik edir.
15 oktyabr
20:00. Azərbaycan U-21- İsveçrə U-21
Baş hakim: Novak Simoviç (Serbiya)
“Sumqayıt Arena”