“Sumqayıt” ötən tur zədələnən fransalı futbolçunun durumunu açıqlayıb

53

Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz”a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənən “Sumqayıt”ın futbolçusu Nsana Simonun durumu açıqlanıb.

Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, fransalı yarımmüdafiəçinin vəziyyəti yaxşıdır.

Dünənki məşqə qatılmayan 26 yaşlı oyunçunun növbəti turda “Qəbələ” ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, “Turan Tovuz” – “Sumqayıt” matçı ev sahibi komandanın 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər