Mir Məhəmməd Ağanın yeni kitabının təqdimatı keçirilib

377

Mir Məhəmməd Ağanın yeni kitabı çapdan çıxıb.  

Sumqayıtda 28 May Mədəniyyət Evində xeyriyyəçi, şair Mir Məhəmməd Ağanın “Qəlblərə paylanmışam” adlı ədəbi-bədii gecədə yeni nəşr olunmuş eyni adlı kitabın təqdimatı keçirilib.

Qeyd edək ki, Mir Məhəmməd Ağa 1946-cı ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olub. Mir Məhəmməd Ağa 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Institutuna qəbul olub. 1968-ci ildə Institutun müalicə-profilaktika fakultəsini bitirdikdən sonra Qubadlı rayon Mərkəzi xəstəxanasında əsəb həkimi işləmişdir. Mir Məhəmməd Ağa gözəl həkim, kəramətli seyid kimi hamının hörmətini qazanmışdır. Həmişə onun amalı xalqına xidmət etmək, xeyirxah işlər görmək və qurub yaratmaq olmuşdur. Qubadlı rayonunda Bərgüşad çayının üzərindən iki körpü salmış, Sarı Aşığın sevgilisi Yaxşının uçub dağılmaqda olan qəbrini düzəltmiş və ona gözəl bir abidə qoymuşdur.

Mir Məhəmməd Ağa Mir Sədi Ağa oğlu çox gənc yaşında 1982-ci il may ayının 15-də dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər