“Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq”
Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a müsahibə verib. Sabiq nazir saytın müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb.
– Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?
– Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən də cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.
– Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?
– Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcksiniz.
– Yeni təhsil nazirini tanıyırsınızmı?
– Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.
– Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?
– Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.