Misir Mərdanov: “yeni vəzifə təklifi almışam”

1604

“Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq”

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a müsahibə verib. Sabiq nazir saytın müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb.

– Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?

– Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən də cənab prezidentdir.  Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.

– Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?

– Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcksiniz.

– Yeni təhsil nazirini tanıyırsınızmı?

– Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.

– Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?

– Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər