MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə məlumatı yalandır

1329

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər