Müdrik seçim

392

2003-2018-ci illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçmiş, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişmişdi. Bu dövrdə dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldən bu gerçəkliklər, heç sözsüz ki, dövlət başçımızın regionlara və bütövlükdə xalqımıza göstərdiyi diqqət və qayğının təzahürü idi. Elə buna görə də Yeni Azərbaycan Partiyasının 2018-ci ilin 8 fevralında keçirilən VI Qurultayında partiyamızın Sədri, cənab İlham Əliyevin prezidentliyə namizədliynin irəli sürülməsi haqqında yekdilliklə qəbul olunan qərar Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərar idi.

Dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf edən Azərbaycan Prezident İlham Əliyevin “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini əldə rəhbər tutmuşdur. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmiş, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.

Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuş, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermiş, iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır.

Dövlətimizin apardığı daxili siyasət özünü tam doğrultmuş, Azərbaycan sabitlik adasına çevrilmişdi. Hamımızın bildiyi kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Dayanıqlı sabitliyin təmin olunması üçün cənab Prezidentimiz mərkəzində xalq, sadə ölkə vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanan düzgün siyasət aparmışdır. Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir.

Azərbaycanda vicdan azadlığı tam təmin edilmişdir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır.

Ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır. Müəllim-pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər