Müşfiq Məmmədli: “Atılan addımlar Sumqayıtlıları sevindirmişdir”

523

Millət vəkili Müşfiq Məmmədli Milli Məclisdəki çıxışında 2023-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətini yüksək qiymətləndirib. 

Millət vəkili qeyd edib ki, 2023-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinentinin fəaliyyəti haqqında hesabatdan göründüyü kimi, kifayət qədər böyük həcmli və ölkəmizin inkişafı naminə böyük işlər görülmüşdür. Bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin uzunmüddətli strategiyasına uygun müəyyənləşdirilmiş proqramlar sayəsində mümkün olmuşdur.
Müşfiq Məmmədli qeyd edib ki, süsusən səhiyyə sektorunun inkişafı baxımından 2023-cü il hökümətin fəaliyyəti çox uğurlu olmuşdur.Səhiyyə sahəsində islahatların davam etdirilməsi, regionlarda səhiyyə müəssisələrinin optimallaşdırılması, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, təmir olunması və maddi texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.İcbari Tibbi Sığorta çərçivəsində xidmətlər zərfinin genişləndirilməsini, xidmətlər zərfində qiymətlərə yenidən baxılmasını (1464 tibbi xidmətin tarifi bazar qiymətinə uyğunlaşdırılmışdır) və tibb müəssisələrinin iqtisadi idarəetməsinin modernləşdirilməsini xüsusi ilə qeyd etmək lazımdır. Burada xüsusən İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən tibb müəssisələrinin özünü maliyyələşdirmə imkanklarının artması istiqamətində atılan addımları qeyd etmək yerinə düşər. Bir necə dəfə hökumət qarşısında qaldırılmış – 40 min nəfərdən artıq əhalisi olan H.Z.Tağıyev qəsəbəsində 3 nömrəli şəhər xəstəxanasının sökülərək müasir tipli yeni tibb müəssisəsinin tikintisi istiqamətində atılan addımlar Sumqayıtlıları sevindirmişdir.Buradan çox hörmətli Baş Nazirə müraciət edərək prossesin sürətləndirilməsinə təkan verməsinin seçicilərimizin adından xahiş edirik. H.Z.Tağıyev qəsəbəsində idman zalı inşasının 2024-2027-ci illər ərzində dövlət büdcəsində tikintisi nəzərdə tutulmuş layihələr siyahısına salınması çox mühüm bir addımdır. Bundan başqa həmin qəsəbədə mədəniyyət sarayının fəaliyyətinin bərpa edilməsi istiqamətində Nazirər kabineti tərəfindən addımların atılması hökumətin və Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısının baris nümunəsidir. Xüsusən qeyd etmək lazımdır ki, səhiyyə sistemində dövlət proqramlarının həyata keçirilməsində icra mexanizmlərinin tətbiqi ilə bağlı qaldırdığımız məsələ ilə bağlı görülən işlər, praktiki olaraq müsbət nəticələrin əldə olunması ilə müşahidə olunur.Belə ki,2023-cü ildə uşaqların icbari dispanzerizasiyası dövlət proqramının həyata keçirilməsində müsbət tendensiyalar qeyd olunmaqdadır. Hesabat ilində uşaqlarda anadangəlmə ürək qusurlarının aradan qaldırılması tədbirləri ilə bağlı 2 264 200 manat vəsait ayrılmış və bu vəsait demək olar ki, tamamilə kardio-cərrahi əməliyyatların icrasına yönəlmişdir. Bu məbləğ də əvvəlki ildə xərclənmiş vəsaitdən iki dəfə çoxdur. Sumqayıtda bir neçə dəfə məişət tullantıları paliqonunda olan vəziyyət və müvafiq emal müəssisəsinin açılması baglı məsələyə şəhər icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ciddi reaksiya verilmiş və müvafiq addımlar atılmışdır. Belə ki, Sumqayıt şəhərində məişət tullantılarının emal zavodunun açılmasına dair Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Yaşıl İnnovassiyalar” MMC arasında 2023-cü il 14 aprel tarixində investisiya müqaviləsi imzalanmışdır.
Bununla yanaşı, ictimaiyyəti narahat edən bəzi məsələlərin çox hörmətli Baş Nazir və hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. 1) Azərbaycan səhiyyə sisteminin inkişafı modern infrastrukturun qurulması, icbari tibbi sığortanın tətbiqi geniş viziyonu olan, yeni texnologiyalardan istifadə edən tibb mütəxəssislərinin hazırlanmasını daha da aktual etmişdir. Bu istiqamətdə bir təhsil müəssisəsi kimi Azərbaycan Tibb Universiteti çox strateji əhəmiyyətə malikdir.Böyük potensiala malik və tədris müəssisəsi kimi çox mühüm baza rolunu oynayan ATU-nun tədris cərrahiyyə və tədris terapeftik klinikalarının İTSF-də olan vəsaitlərə çıxışına yeni mexanizmlərin tətbiqi həm xəstə axının artmasına, həm də bu klinikaların maddi texniki bazalarının gücləndirilməsinə gətirib çıxarardı. Bu elmi potensialın xaricə və özəl sektora axınının qarşısını alar və tibb mütəxəssislərinin hazırlanmasındakı strateji yanaşmanı daha da gücləndirərdi.
Digər mühüm məsələ isə Sumqayıtın H.Z. Tağıyev qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 1 nömrəli yataqxana, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsi 5 nömrəli yataqxana, Pərviz Hüseynov küçəsi 6 nömrəli yataqxana istismar müddətini keçdiyinə görə süküntüsünün həyata keçirilməsidir.
Təmsil etdiyim Xızı rayonunda dahi və nakam şairimiz M.Müşfiq adına muzeyin və ərazisinin sel daşqınlarından sonra tamamilə dağılması və bərbad vəziyyətə düşməsi hamımızın ürəyini ağrıtmışdır. Ərazidə təcili olaraq abadlıq və quruculuq işlərinin aparılması məqsədəuyğun olardı.
Xızı rayonunun ərazisində su probleminin həlli üçün mövcud Taxtakörpü su anbarından Xızı rayonu ərazisində olan anbarlara su xətlərinin çəkilməsi Xızı rayonunun su problemini birdəfəlik həll edərdi. Bu həm də Bakı və Sumqayıt şəhərlərinin kənd təsərrüfatı məhsulları ilə fasiləsiz təmin edilməsində mühüm addım olardı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər