Müşfiq Məmmədli: “Azərbaycan koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında liderdir”

1039

“Bu gün ölkəmizdə cənab Prezidentimizin rəhbərliyi ilə COVID-19-la mübarizə istiqamətində bütün  operativ  və zəruri tədbirlər həyata keçirilir və Azərbaycan koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında liderdir. Qürurverici haldır ki, dövlətimiz koronavirusla mübarizəyə başladığı ilk gündən etibarən bütün mümkün ola biləcək tədbirləri zamanında həyata keçirmiş və ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlar həm səhiyyə infrastrukturunun yenilənməsi, koronavirusla mübarizəyə istiqamətlənməsi, o cümlədən də yeni avadanlıqların və reanimasiyon xidmətin qurulması şəklində özünü göstərib.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli söyləyib.

M.Məmmədli bildirib ki, Azərbaycanın pandemiya ilə mübarizə prosesində istər səhiyyə sisteminin mobilizə olunması, istər yeni infrasturukturun yaradılması, istərsə də mövcud infrastrukturun təkmilləşdirilməsi və səhiyyə kadrlarının səfərbər edilməsi istiqamətində qazandığı uğurlarla yanaşı, ən mühüm nailiyyətlərindən biri pandemiya ilə mübarizədə ən zəruri faktorlardan birinə vaksinasiya prosesinə zamanında başlamasıdır:  “Çünki Azərbaycan peyvəndlənmə məsələsinə digər ölkələrdən fərqli olaraq, çox ciddi yanaşdı. Vaksinlərin alınma mənbələrinin  diversifikasiya olunması,  müxtəlif istiqamətlərdən vaksinlərin təminatının strateji olaraq planlaşdırılması həm vaksinasiya prosesinin sürətlə və Cənubi Qafqazın ilk ölkəsi kimi vaxtında aparılması, o cümlədən peyvəndlənməyə başladıqdan sonra prosesin icrasını digər ölkələrə nəzərən daha sürətlə və çevik aparılması kimi mühüm faktor nəzərə çarpdı. Azərbaycan qabaqcıl bir ölkə kimi digər Avropa ölkələri ilə eyni zamanda və yüksək sürətlə vaksinasiya prosesini davam etdirməklə yanaşı, qlobal təşəbbüslərlə çıxış edib. Dövlət başçımızın qeyd etdiyi kimi, pandemiya ilə mübarizə elə bir prosesisdir ki, burada dar çərçivədə və bir ölkə səviyyəsində uğur qazanmaq olmaz. Burada həmrəylik və beynəlxalq ictimaiyyətin  nümayəndələri ilə birgə çalışmağımızın önəmi çox vacibdir.  Azərbaycan Qoşulmama Hərəkatınını lideri, o cümlədən ikitərəfli əlaqələrdə qarşılıqlı hörmət və ədalətlilik prinsipini əlindən rəhbər tutmuş bir ölkə kimi  Azərbaycan Prezidentinin təşəbbüsləri sayəsində həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq proqramlarına, həm də ikitərəfli qaydada digər ölkələrə müvafiq humanitar yardımlar etmiş, COVAX platforması çərçivəsində öz üzərinə düşən bütün öhdəlikləri həyata keçirmişdir.”

Deputat qeyd edib ki,  artıq Azərbaycanda  550 mindən çox şəxsin vaksinasiyası həyata keçirilmişdir. Artıq ikinci doza vaksinasiyada da kifayət qədər  sürət əldə olunmuşdur. Bütün  bunlar göstərir ki, Azərbaycan həm qlobal pandemiya ilə mübarizəyə öz töhfəsini verir,  o cümlədən də sosial dövlət kimi əhalisinin sağlamlığını ön planda tutur.

Həmsöhbətimiz bildirib ki, pandemiya ilə mübarizədə Azərbaycanın mövqeyi, təşəbbüsləri və həyata keçirdiyi tədbirlər beynəlxalq ictimaiyyət və dünya dövlətləri tərəfindən etiraf olunur. Azərbaycan BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətliliyi və əlçatanlılığının təmini istiqamətində təşəbbüslərlə çıxış etmişdir. Nəticədə müvafiq qətnamə qəbul olunmuşdur. O cümlədən də ÜST-ün həyata keçirdiyi bütün təşəbbüslərdə yaxından iştirak etmiş və dünya dövlətləri tərəfindən də bu, təqdir olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər