Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zəfərlərə imza atacaq

508

Müstəqilliyinin 30-cu ilini yaşayan qüdrətli, müasir Azərbaycanın son 18 ildə sahib olduğu bütün uğur və nailiyyətləri məhz İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimiz önəmli və çoxşaxəli inkişaf yolunu uğurla qət edib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan müdrik xalqımız bu gün dünyanın hər yerində sayılıb-seçilən, öz sözünü deyə bilən xalqlardan biri kimi xarakterizə olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə Qarabağ Zəfəri ilə özünün güclü və qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirdi. Hansı ki, Qarabağın azad edilməsi bütün azərbaycanlıların ən böyük arzusu idi. Bizim həm döyüş, həm də informasiya məkanında mübarizəmiz uğurlu oldu.
Uzaqgörən siyasətçinin rəhbərliyi ilə postmüharibə dövründə də ölkəmiz sürətli inkişaf yolunda irəliləyir, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri müvəffəqiyyətlə başa çatdırılır. Dövlətimizin qarşıya qoyduğu  prioritet məsələ hesab edilən Qarabağın dirçəlişi bütün dünyanın da diqqətindədir. Prezidentimizin dünyada baş verən proseslərə çevik  reaksiya verməsi, qlobal təşəbbüslərlə çıxış etməsi təsdiqləyir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zəfərlərə imza atacaq.
İlham Əliyevin rəhbərliyi dönəmində Azərbaycan sürətli sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, peşəkar diplomatik fəaliyyəti ilə dünya dövlətlərinin etibarlı və sadiq tərəfdaşı edib. Azərbaycan regionda sürətlə inkişaf edən ölkəyə çevrilməklə yanaşı, həm də müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi və geostrateji yer tutub, böyük nüfuz qazanıb. Prezidentimiz Azərbaycanda sosial-iqtisadi, mədəni-humanitar sahələrin inkişafına, buradakı müxtəlif xalqların nümayəndələrinin sülh və dini tolerantlıq şəraitində yaşamasına nail olub. Dövlətimizin başçısı, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sıx birliyini, vahid ideya uğrunda həmrəyliyini təmin edib.
Keçilən yol təsdiqləyir ki, cənab İlham Əliyev  qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Ötən illər ərzində  Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib.

YAP Gənclər Birliyinin sədr müavini və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər