Nazir Sumqayıt Regional Mərkəzin rəisini işdən çıxardı, yeni rəis təyin etdi

1745

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzinin rəisini vəzifəsindən azad edib.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.“Qaynarinfo”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər