Səhiyyə naziri Teymur Musayev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 saylı Sumqayıt şəhər xəstəxanasının yeni binasının tikintisi ilə tanış olublar. İş icraçıları xəstəxananın tikintisi ilə bağlı görülən işlər barədə məlumat verib.
2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.
Tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb. Bu il ərzində xəstəxana şəhər sakinlərinin istifadəsinə veriləcək.