Nazirlik: Bütün lisey və gimnaziyaların I sinfinə qəbul vahid formada aparılacaq

1193

“Təhsil Nazirliyi bütün lisey və gimnaziyalara qəbulun vahid metodologiyasını hazırlayır”.

“Report” xəbər verir ki, bunu Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda liseylərin bəzilərinə qəbul üçün 30, bəzilərinə 50 və s. balın toplanılması tələb olunur: “Bundan başqa, bəzi liseylər müsabiqəni 2 və ya 3 mərhələli təşkil edir. Lakin biz çalışırıq ki, seçim meyarları vahid formada olsun”.

Nazirlik rəsmisi vurğulayıb ki, hazırda liseylər üçün müxtəlif seçim meyarları var: “Biz həmin meyarları bir-birinə uyğunlaşdıraraq vahid meyarlar tətbiq etmək istəyirik. Məqsədimiz odur ki, bütün liseylərə şagirdlərin qəbulu eyni meyarlarda olsun. Hazırda bu istiqamətdə işlər görülür. Yəqin ki, bu ildən həmin meyarları pilot kimi icra edəcəyik. Gələn ildən isə birmənalı olaraq tətbiq ediləcək. İyunun 20-ə qədər bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, Təhsil Nazirliyinin sistemindəki liseylərin 1-ci sinfinə şagird qəbulu üçün hələ 2 il əvvəl mərkəzləşmiş qaydada qəbulun aparılmasına başlanılıb. Ötən ildən başlayaraq liseylərin yerləşdiyi ərazidə yaşayan uşaqlar liseylərə müsabiqəsiz qəbul olunublar. Bu sistem bu ildə tətbiq olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər