Nurəli Yusifbəyli: “Milli Qurtuluş Günü davamlı inkişaf yolumuzun başlanğıcıdır”

87

Milli dövlətçiliyimizin xilası və inkişaf yolunun təməlini qoyan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli universitet kollektivini və tələbələri təbrik edib. Təbrikdə bu əlamətdar günün tarixi əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi vurğulanır.
Sunqayitxebercom təbrik mətnini təqdim edir:

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və davamlı inkişaf yolumuzun başlanğıcıdır. 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdə ictimai-siyasi sabitliyin bərpasına, dövlət müstəqilliyinin qorunmasına və davamlı inkişaf strategiyasının formalaşmasına əsaslı zəmin yaratdı.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq nüfuzumuzun artması məhz Milli Quruluş Konsepsiyasının bəhrəsidir.
Taleyüklü tarixi hadisələrin mahiyyətinin gənc nəslə düzgün çatdırılması, Ulu Öndərin dövlətçilik irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bizim əsas vəzifələrimizdəndir.

Təhsil və elm hər bir cəmiyyətin inkişafının fundamental əsası, milli şüurun və mənəvi dəyərlərin formalaşmasının başlıca mənbəyidir. Elmi potensialın artırılması, institusional inkişafın gücləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün qarşımızda duran ən mühüm vəzifələrdəndir.

Bu gün münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm!

Hörmətlə, SDU-nun rektoru, professor Nurəli Yusifbəyli”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər