O sevdiyi qızın şəklini bircə şeyə görə çəkir…

1074

Gənc fotoqraf Rac Məhərrəmzadə: “Göstərmək istəyirdim ki, şəhərimizə fərqli yanaşmaq lazımdır.

Son zamanlar sosial şəbəkələrdə Sumqayıt şəhərinin fərqli görünüşlərini əks etdirən xeyli şəkillər paylaşılır. Qəzetimizin ötən sayında ön səhifədə yayımlanan, şəhərimizin görnüşü də məhz paylaşılan şəkillər arasından götürülmüşdü. Bu şəkillərin müəllifi Sumqayıtlı fotoqraf Rac Məhərrəmzadədir. Onunla ilk dəfə “Sumqayıt Xəbər” qəzetinin təqdimat mərasimində tanış olduq. R.Məhərrəmzadə digər fotoqraflardan fərqli olaraq xaricdə foto-dizayner ixtisasına yiyələnib, 5 il bu sahədə təhsil alıb və 40-dək xarici ölkədə olaraq peşəkar fotoqraflardan dərs alıb, təcrübələrindən yararlanıb. Şəhərimizin Gənc və eyni zamanda peşəkar yeni fotoqrafı ilə sizi yaxından tanış etmək məqsədi ilə “sumqayitxeber.com” saytı üçün aldığımız müsahibəni ixtisarla qəzetimizdə dərc edirik:

Rac, necə oldu ki, fotoqrafiya sahəsini seçdin?

Uşaqlıqdan mən musiqiyə həvəs göstərmişəm. Ən çox da pianino sahəsinə. Bu arada da müxtəlif musiqilər yazırdım, müəyyən naliyyətlərim də var idi. Müxtəlif müsabiqənin qalibi olmuşdum, bir ifaçı kimi. Yəni pianinonu bilməyim mənə ona görə köməyi olub ki, mən yaxşı musiqilər yaza bilirəm və ifa edirəm. Bu sadəcə mənim üçün bir hobbi idi. Peşəkarcasına bu sahə ilə məşğul olmaq istəmirdim. Hər bir insan özünü tapmaq istəyir. Ola bilər biraz gec, biraz tez. Bir yaşlı insanın yerdə uzanaraq gülün üzərinə qonan kəpənəyi çəkməsi və xüsusilə də bunu yaşlı vaxtında eləməsi mənə çox təsir göstərmişdi ki, görəsən şəkil nədir ki, o bunu bu qədər sevir?! Yanılmıramsa bu İsmayıllıda olmuşdu. O fotoqraf Ingilis idi və burda qonaq idi. Ondan sonra da Sumqayıtda belə bir hadisə ilə rastlaşdım. Bu şəxs tanınmış fotoqrafdır. Ondan soruşdum ki, niyə ancaq reportajlar hazırlayırsınız, Sumqayıtın görünmüyən tərəfini görməyə çalışmırsınız? O bu cür cavab vermişdi ki, düşündüyün kimi deyil, Sumqayıtda o qədər də gözəllik yoxdur, mən nəyi çəkim ki?

Bu fikir mənə çox böyük təsir göstərmişdi və mən onda özümə söz vermişdim ki, mən bu işi görərəm, siz də görərsiniz ki, əslində bu belə deyil.

Siz digər fotoqraflardan fərqli olaraq bu sahədə təhsil almısınız?

Bəli, 2004-cü ildə Mən Memar Sinan Universitetinə sənəd verdim və fotoqrafiya-dizayn sahəsinə qəbul oldum. Azərbaycanda bu sahə kinomotoqrafiyanın içində olduğu üçün o qədər də peşəkar öyrədilmir. Bu mənim qənaətimdir. Amma xaric təhsili təbii ki, öz sözünü deyir.  Mən Türkiyədə bu sahədə təhsil aldım və sonra da praktiki tərəfləri öyrənmək üçün İngltərədə oldum. Dünyada tanınan bir çox peşəkar fotoqraflardan praktiki dərslər almışam.

Adətən deyirlər şəkil zamanın durdurulmasıdır. Sən necə xarakterizə edərdin, səninçün şəkil nədir?

Mən fotoqrafiyaya belə baxıram ki, mən bu kadrı tuta bilmirəmsə, bu kadrı ömrüm boyu, yaşadığım müddətcə tuta bilmiyəcəm. Sadəcə o keçdi, getdi. Mən fotonu ölümə bənzədirəm. İnsan kimi, gəldi və getdi. O kadrı həmin anda tuta bilmədinsə, ondan sonra tutduğun sənə fayda verməz.

Fotoqrafiya bir neçə hissələrə bölünür…Siz daha çox hansı sahədə çəkirsiniz?

Bəli, fotoqrafiyanın bir çox səhəsi var. Model fotoqrafiyası, mənzərə fotoqrafiyası var. Məsələn toy fotoqrafiyası var, bu reportaj fotoqrafiyasının bir parçasıdır. Ömrün ən xoş ən yadda qalan anlarını çəkib xarakterizə edirik. Portret , qlamur fotoqrafiyası, bunlar hamısı sadəcə insan təklifindən yaranan şeylərdir. Moda fotoqrafiyası – reklam təklifinə aid olan şeylərdir. Hər hansı bir təbiət mənzərəsi və yaxud insanın təbiətlə vəhdətləşməsi, həyat tərzi bunlar hamısı sadəcə olaraq mənzərə və görüntülərdir.

Mənim ən zəif nöqtəm siyasi motivləri canlandırmaqdır. Yəni siyasi hadisələri çəkə bilmirəm, çəkib xarakterizə edə bilmirəm. Ümumiyyətlə mənim siyasi marağım yoxdur. Peşəkar edə biləcəyim fotoqrafiyanın sahələri təbiətin insanla xarakterizə olunmasıdır. Qlamurdur, modadır. Və yaxud reportajlar, xüsusilə də toy reportajları daha çox effektli olur.

Biraz öncə qeyd etdiniz ki, Sizin fotoqraf olmağınızda bir səbəb də, Sumqayıtlı fotoqrafın “bu şəhərdə çəkməli yer var ki?” ifadəsi olmuşdur. Artıq bir müddətdir ki, Sumqayıtdasınız. Sumqayıtın görünməyən tərəflərini öz fotolarınıza əks elətdirə bildinizmi?

Mən deməzdim ki tam istədiyimi əldə eləmişəm. Bunun üçün müəyyən zaman lazımdır. Amma hardasa istədiyimin 40 faizini çəkmişəm. Bilirsiniz fotoqraflar hərəsi öz gözüyilə necə baxırsa elə çəkir. Heç kəs deyə bilməz ki bu peşəkar deyil, bu cür çəkibdir. Hər kəs necə görürsə o cür peşəkar yanaşır ona. Əslində görünməyən Sumqayıtı görüntüləmək istəyirdim. Göstərmək istəyirdim ki, şəhərimizə fərqli yanaşmaq lazımdır. “Şəhərimizdir də”, “Sumqayıdır da” deyib keçmək düzgün deyil. Mən düşünürəm ki, bu çox səhv anlayışdır.

Sumqayıtı ümumilikdə 10 şəkildə əks elətdirməyinizi istəsələr, necə çəkərdiniz? Daha çox necə baxardınız şəhərə?

Əslində mən Sumqayıtı bir şəklə yox, bir şəkilə on dənə şəkli əlavə edərdim. Yəni bir şəkildə nəyi başa salmaq istədyimizi göstərək. Mən şablon olaraq görmüşəm ki, Sumqayıtın “Göyərçin”ini, parkı, “Ulduz” abidəsi daha çox çəkilir. Mən düşünürəm ki, Sumqayıtın ponoramasını şəkildə əks elətdirsəm, bu hər şeyi əks elətdirər. Mən az görmüşəm ki, şəhərimizin girişindəki simvolunu kimsə çəksin. Onun gözəl şəkillərinə nadir hallarda rast gəlmişəm. Sumqayıtı açıqlaya bilmiyəcəyim bir bir fototexnika bilirəm ki, o cür şəkildə mən əks elətdirə bilərdim. Sadəcə olaraq bu layihədir və mən bunun üzərində çalışıram. Buna bir elmi iş kimi baxıram.

Müasir dövrümüzdə daha çox informasiya texnologiyalarının imkanlarından istifadə edərək şəkil üzərində əlavə dəyişikliklər edirlər. Siz buna necə baxırsınız?

Ümumiyyətlə texnologiya inkişaf etdikcə daha çox nəaliyyətlər əldə olunur. İstənilən halda fototexnika öz bəhrəsini vermir. Yəni istənilən halda o görüntünü tutsan belə, hardasa onun üzərində rəng dəyişikliyi etməlisən. Bu o demək deyil ki, sən peşəkar deyilsən. Sadəcə olaraq bu onu daha da dolğunlaşdırır. Mən düşünürəm ki,çəkilən şəklə yaradıcı yanaşmaq lazımdır. Elə əsər də var ki, foto əsər kimi çəkirsənsə ona əl vurmaq olmaz. Ən çox  sevdiyim işdir ki, ağ-qara şəkillərə baxım və zövq alım. Yəni mənim belə bir prinsipim var.

Mənim varlığım hesab elədiyim, sevdiyim insana həmişə belə bir söz deyirəm ki, mən sənin şəkillərini ona görə çəkirəm ki, o işlərə ona görə çox ürəklə yanaşıram ki, şəkilləri sən olmadığın təqdirdə belə baxdığımda o şəkillər məndən gözünü çəkmir. Bilmirəm fikrimi izah edə bilirəm ya yox. Yəni bu əslində elə fotoqrafiyanın özüdür. Təbii ki, mən də şəkldə qeyri adilik eləməyə çalışıram, kreativ yanaşıram.

Bu günədək hansı ölkələrdə olmusuz?

Mən daha çox Azərbaycanın regionlarını gəzirəm. “National Geographic” lə bağlı şəkillər çəkirəm. Mən fəxrlə deyirəm ki, Sumqayıt şəhərinin “National Geographic” də 2-3 şəkili dərc olunub. Bu böyük fəxrdir ki, şəhərimizi tanımıyan insanlar bilməlidirlər ki, Sumqayıt şəhərinin dünyanın hansısa bir məşhur fotoagentliyində, jurnalda şəkli yayımlanıb. Mənim imzam olubsa bu böyük nəaliyyətdir. Bunun üçün də bir çox yerləri gəzirəm, şəkillər çəkirəm. Norveçdə, İngiltərədə və yaxud da müxtəlif Avropa ölkələrində. Ümumiyyətlə dünyanın 48 ölkəsində olmuşam və bunlardan 40-nın şəkillərini çəkmişəm. Ən çox baş sındıracağım layihə Azərbaycanı gəzməkdir.

Belə anladım ki, başqa fotoqraflardan fərqli olaraq siz ölkəmizi gəzib çəkmək istəyirsiniz…

Bir dəfə mən Danimarkadan Norveçə gəmi ilə  gedəsi oldum. Çox gözəl mənzərələri var. Səhər gözünü açdıqda və o mənzərələri gördükdə adam istəyir ki, ömür boyu orda yaşasın, o mənzərələri seyr eləsin, şəkillər çəkə bilsin. Amma belə bir şey də var, mən orda oranın heç də İsmayıllı qədər gözəl olduğunu təsəvvür eləmədim. Və yaxud Quba kimi, uşaq olsam da xatirimdədir, Qarabağ qədər xaricdə gördüyüm mənzərələr ola bilməz. Mən orada bunun fərqinə vardım. Ola bilər, bəzi abidələr var, amma bizim Qız qalamız var.

Demək istədiyim odur ki, fotoqrafların bu mənzərələrə bir baxışı olmalıdır.

Müasir fotoqraf necə olmalıdır?

Mən Türkiyədə olduğum müddətdə 5 xarici dil öyrənmişdim ki, bunun 4-ü yadımdadır. Kompüter sahəsində 360 proqram bilirəm, mən düşünürdüm ki, fotoqraf o demək deyil ki, yalnız şəkil çəkməlidir. Bir dəfə İspaniyada olanda şəkil çəkirdik. Bu dili bilməyim mənə çox böyük kömək olmuşdu. Polislər məni narahat edəndə mən onları çox gözəl başa salmışdım. Təsəvvür edin, şirindilli bir insan olasan və bunu ispanca başa salasan, bu çox gözəldir (gülür). bir dəfə İranda  olanda İsfahan şəhərində çox gözəl yer olan, 33 körpü adlanır, oranı çəkirdim. Polislər orda da mane olurdular onları farsca başa saldım. Yadımdadır demişdilər ki, şəkilimizi çək e-maillə bizə də göndərərsən. Dedim biz Azərbaycana gedirik və bu şəkli orda göstərəcəyik. Orda sizin ölkə haqqında insanlar maraqlanır və.s

Burda necə, polislər mane olurlarmı?

Təbii ki. Ən çox sevdiyim bir kadr olub ki, hansısa bir insanı dağılmış zavodun içində çəkim. Moda sahəsində reklam üçün çəkməli idik. Hətta demişdilər ki, sən kimsən ki burda şəkil çəkirsən. Mən burada yalnız işimi görürdüm. Sevdiyim bir kadrı çəkmək istəyirdim. Yadımdadır, İcra Hakimiyyətininin yaşıl binasını çəkəndə də mane olmuşdular.

Artıq o yaşıl bina tarixə dönüb…

Bəli təssüf ki, qismət olmadı. Belə bir fikrim var idi ki, çox gözəl yeniliklə o binanı çəkmək istəyirdim. “Göyərçin”in və Sumqayıtın girişindəki simvolu o bina ətrafında elə sinxron eləmək istəyirdim ki, insan baxdıqca qoy birdə baxım desin.

Sizin fikrinizcə Sumqayıt şəhərinin dizayn baxımdan nəyə ehtiyacı var?

Sumqayıtın dizayn baxımdan 1-cisi heç nəyə ehtiyacı yoxdur, 2-cisi isə var. Dizayn baxımdan bizə düşən sahə çoxdur. Ən azından biz yerə zibil atmasaq, küçələrdə gənclər tərəfindən yazılar yazılmasa, səliqəli saxlasaq əslində bizim dizayn baxımdan heç nəyə ehtiyacımız yoxdur. Digər bir tərəfdən də, mən elə bir Sumqayıt görmək istəyirəm ki, bu sadəcə fantaziyadır. Mən düşünürəm ki, bunu reallaşdırmaq olar. Amma bu mənim üçün sadəcə xəyaldır. Siz təsəvvür edin ki, bu sahənin içində Avstriyanın operası var, yəni opera abidəsi, Fransanın Eyfeli var və məsçidin ətrafında Tac-Mahal var. Bu birbaşa turizmin inkişafına xidmət etmiş olar. Onların olduğu kimi tikilməsi zəruri deyil, kiçik formasını tikmək olar. Müəyyən yerlərdə çayxanalar kafelər tikirlər, inanın mənə bunu piramidalar şəklində tiksələr daha maraqlı olar.

Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • MEDINE
    Oktyabr 13, 2010 - 17:25

    oooo halaldi.cavablar ela idi

  • Konul
    Oktyabr 13, 2010 - 17:38

    Fikirleri maraqlidi, amma mene gore Sumqayit maraqsiz ve cansixici, xususen de gencler ucun. Vallah mene gore bizde wekil cekilesi ele de cox yer yoxdu,duzu.
    Eger muxtelif festivallar, maraqli ve keyfiyyetli konsertler, workshoplar, qrafiti iwlemeler olsa daha cox diqqet celb eder. Hem de Sumqayit eslinde gencler seheridi.

    Dizayn ve memarliq cehetden dunyanin muxtelif simvollarinin seherimizde eks edilmesi maraqli fikirdi, hardasa bu iwleme var artiq amma yadimda deyil harda deqiq.

    Biz sadece kifayet qeder yaradici deyilik, cunki ancaq maddi terefi fikirlewirik, teessuf…

  • MEDINE
    Oktyabr 13, 2010 - 20:07

    raziyam ama madiyyat olmasa sizin dediyiniz o muxtelif festivallar,maraqli v keyfiyyetli konsertler,workshoplar,qrafiki islemeler bax bunlar hamis madiyyatdir.eslinde isdedali usaqlarimiz coxdur misal ucun istiqlanci usaqlar niye onlar bir Sumqayitli kimi taninmirlar?cunki maddiyaatda guclu olmalidir.sonra Yasil Velosipedciler Klubu artiq Sumqayitdada var ne olsun bilen var?yox .cunki tanitdirmaq lazimdi duzdur bacardigim qeder tanitdiram ama maddiyatsiz hec nedir gencler.

  • Şəlalə
    Oktyabr 14, 2010 - 12:05

    Çox gözəl

  • Gunel Mehi
    Oktyabr 25, 2010 - 14:10

    Salam,musahibe semimi sohbet xarakteri dasiyir,xosuma geldi.Sumqayita gelince,sadece is gormek lazimdi,merkezi yerleri urekacandi,kuceler temizdi,amma etrafa gelince ise xos deyil.Guclu nezaret olsa her yer temiz olar.He,bir de gerek hami ozune cavabdeh olsun,eline keceni hara geldi atmaq olmaz.tesekkurler…

  • Canab Maqalov
    Oktyabr 31, 2010 - 22:25

    Rac yaxshi fotoqraf va yaxshi oglandir

  • Qara_Dervish
    Noyabr 5, 2010 - 20:30

    Salam meqaleni oxudum heqiqetende RACin sozlerinde heqiqet var bir dene bizdedir ki sekillerin ve ya diger bir cekilishe gore maddiyat teleb olunsun ve ya konkret icaze verilmesin.Cox maraqli intervyu idi tebrikler.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər