Oktyabrın 16-da... - Ölümündən əvvəl insanlar üçün DƏHŞƏTLİ GƏLƏCƏYİ XƏBƏR VERDİ

1494

Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq ölümündən əvvəl bəşəriyyət üçün yeni təhlükədən danışıb.

Bu haqda alimin son kitabına istinadən “The Sunday Times” nəşr yazıb.

Hokinq ölümündən əvvəl “Ciddi məsələlərə qısa cavablar” kitabını yazıb. Kitab oktyabrın 16-da dərc ediləcək. Fizik orada qorxularını bölüşüb ki, gələcəkdə insanlar orqanizmin müxtəlif keyfiyyətlərini yaxşılaşdırmaq üçün dezoksiribonuklein turşusunda (DNT) pulla dəyişikliklər edə biləcəklər. Fizik bu keyfiyyətlərə nümunə olaraq yaddaş, xəstəliklərə müqavimət qabiliyyəti və ömrün uzunluğunu göstərib.

Hokinqin fikrincə, “təkmilləşdirilmiş” insanın olması ona gətirib çıxaracaq ki, adi insanlar xüsusi, aşağı kastanı formalaşdırmağa başlayacaqlar və ya ümumiyyətlə öləcəklər.

Xatırladaq ki, britaniyalı fizik bu il martın 14-də 77 yaşında ölüb./publika.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər