Oxucularla növbəti görüş

516

Şəhər icra hakimiyyətinin başçısıcənab Zakir Fərəcov tərəfindən “Sumqayıt” qəzetinin yubileyinin qeyd edilməsi barədə sentyabrın 29-da imzaladığı sərəncama əsasən sənaye, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində redaksiya əməkdaşları ilə görüşlər keçirilməkdədir.Oxucularla növbəti görüş noyabrın 2-də – həzin payız günündə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə oldu.

Qəsəbə ağsaqqallar şurasının sədri Arif Qafarov tədbiri giriş sözü ilə açdı. Ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Arif Qafarovqəzetin 70 illik yubileyi münasibətilə kollektivi təbrik etdi və jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Vurğuladı ki, “Sumqayıt” qəzeti bizim doğma qəzetimizdir və bundan sonra da belə olacaqdır. Şəhərdə baş verən hadisələr haqda  dərc olunan yazılar tarixdir, arxiv sənədləridir.İnanırıq ki, qəzet bundan sonra da şəhər və qəsəbənin həyatını dolğun işıqlandıracaq, burada görülən işlər, qabaqcıl, təcrübəli insanlar, fəal gənclər haqqında daha çox yazılar verəcəkdir.

Sonra söz qəzetin baş redaktoru Sübhan Quliyevə verildi. O, “Sumqayıt”ın yaranma tarixindən geniş danışdı və qeyd etdi ki, cənab başçımız Zakir Fərəcovun qəzetimzin 70 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam bizdə yüksək əhval-ruhiyyə yaradıb. Oxucularla keçirdiyimiz görüşlər böyük əhəmiyyət kəsb edir.

Natiq,eyni zamanda, dövlətə və dövlətçiliyə sadiq olan qəzetin yaradıcı kollektivinin işi ilə bağlı bir çox məqama toxundu. Dedi ki, bu qəzetdə həmişə sağlam düşüncəli, peşəsini ürəkdən sevən yaradıcı insanlar çalışıb. Yaxşı haldır ki, ənənə bu gün də davam edir. Qəzetin maliyyə çətinlikləri narahatlıq doğurmaya bilmir. Ümid edirəm ki, yaxın gələcəkdə problemlərimiz öz həllini tapacaq, oxucularımız abunə yazılışında daha fəal olacaqlar.

Daha sonra tədbir iştirakçılarından Nəsrulla Məmmədov, Rəfael Əsgərov, Mansur Cavadov, Əməkdar müəllim Məhəmməd Məmmədov, Məmməd Qarazadə, Eldar Həsənov və başqaları çıxış edərəkqəzetin əməkdaşlarını yubiley münasibətilə təbrik etdilər. “Sumqayıt”ın öz mövqeyini qoruyaraq davam etdirsin, şəhərdəki problemləri cəsarətlə işıqlandırmasını arzuladılar. Qeyd etdilər ki, Sumqayıtda və qəsəbədə geniş abadlıq, quruculuq işləri yüksək səviyyədə aparılır. Bunların ictimaiyyətə çatdırılmasında, insanların əməyinin düzgün səmtə istiqamətləndirilməsində bu qəzetin rolu böyükdür. Şəhidlərimizlə, qazilərimizlə, həmçinin təhsillə, gənclərlə, narkomaniyaya qarşı mübarizə ilə bağlı yazıları daha geniş işıqlandırmaq, qəzetin böyük formatda çap olunması tövsiyə olundu.

“Sumqayıt”ın buraxılışına məsul şəxs İlhamə Məmmədova çıxışında söylədi ki, ölkə başçımız cənab İlham Əliyev demişdir: “Mətbuat bizim dəyərimizdir, sərvətimizdir. Xalqın təfəkkürünün formalaşmasında müstəsna rol oynayır.”

Şəhər sakinləriminin dəyəri, sərvəti olan qəzetimiz sözün həqiqi mənasında, Sumqayıtın salnaməsini yazır, informasiya mənbəyidir. Fəxr edirik ki, bu gün bu salnaməni yazan insanlar bizik.Çətin, şərəfli və məsuliyyətli işimizin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

Sonda baş redaktor Sübhan Quliyev  görüşün yüksək səviyyədə təşkilinə görə qəsəbə icra nümayəndəliyinə, bələdiyyə əməkdaşlarına, ağsaqqallar şurasının üzvlərinə və məktəbin rəhbərliyinə minnətdarlığını bildirdi.

İlhamə Məhəmmədqızı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər