Özünə 400 minlik toy edən məmur qızı “Zara” mağazasını dələduzluqda ittiham etdi – VİDEO

1316
Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı bloqer Aysel Əhmədova “Zara” mağazalar şəbəkəsini dələzduzluqda ittiham edib.

AZXEBER.COM xəbər verir ki, A.Əhmədova bildirib ki, “28 Mall” ticarət mərkəzində yerləşən məşhur “Zara” mağazası müştərilərini aldadır.
Aysel Əhmədova məsələ ilə bağlı görüntü lentə alıb:

“Yeni ildə hədiyyə almaq üçün mağazaya getmişdim. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə, mənim vaxtım yoxdur. Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya qiymət səhv düşübmüş. Mağazadan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.
Bir sözlə, “Zara”nın satıcıları müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, kobud davranış nümayiş etdirir”.

Qeyd edək ki, Aysel Əhmədova Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızıdır. A.Əhmədova ötən il özünə etdirdiyi dəbdəbəli toyla gündəmə gəlmişdi. Onun keçmiş həyat yoldaşı mətbuata açıqlamasında Qüdrət Şükürovun lift idarəsini talamasından və milyonluq sərvətə sahib olmasından danışmışdı. İddiaya görə, toya 400 min manata yaxın pul xərclənmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər