P Sumqayıt Dövlət Universitetində təqdimat keçirdi

581
Sumqayıt Dövlət Universitetində BP şirkətinin “Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi Proqramı” çərçivəsində tələbələrlə görüşü keçirilib.
Publika.Az-ın verdiyi xəbərə görə, təqdimat xarakterli görüşdə tələbələrə şirkətin fəaliyyəti və tələbələr üçün həyata keçirilən proqramlar barədə məlumat verilib. Bildirilib ki, “Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi Proqramı” azərbaycanlı məzunlara öz texniki biliklərini, biznes sahəsində məlumatlarını və ünsiyyət bacarıqlarını artırmaq üçün imkanlar yaradır və bununla da onları beynəlxalq şirkətdə işləməyə hazırlayır.
Daha sonra şirkətin sözügedən Proqram üzrə məsul şəxsləri tələbələri maraqlandıran sualları cavablandırdılar.
Qeyd edək ki, bu, BP-nin bu Proqramla bağlı paytaxtdan kənarda keçirdiyi ilk təqdimat idi.
Publika.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər