Pandemiyanın daha sürətlə sona çatması üçün vaksinasiyada fəal iştirak etməliyik

1017

Yoluxucu xəstəliklər tarix boyunca insanlığa qarşı ən böyük təhdid olub. İnsan həyatı üçün olduqca təhlükəli olan yoluxucu xəstəliklər müxtəlif dövrlərdə kütləvi qırğınlara səbəb olub, həmin dövrlərdə cəmiyyətin sosial və siyasi vəziyyətinə olduqca mənfi təsirlər göstərib. Miladdan əvvəl 300-cü ildən on səkkizinci əsrin əvvəllərinə qədər olan böyük pandemiya və epidemiyalar sivilizasiya və mədəniyyətə ciddi təsiri olub.

On doqquz və iyirminci əsrlərdə peyvəndin inkişafı çiçək xəstəliyinin aradan qaldırılması ilə nəticələndi, uşaq iflicinin qarşısını aldı. Eyni zamanda bir çox xəstəliyin aradan qaldırılmasına səbəb oldu. Milyonlarla insanın ölümünə səbəb olan bir çox xəstəliklər – vərəm, difteriya, qızılca, poliomielit, göyöskürək, tetanusa, parotit, məxmərək, pnevmokok infeksiyalar məhz peyvəndlərlə qarşısı alındı.

Müasir tibb və texnologiya sayəsində peyvənd yolu ilə əvvəllər olduğundan daha çox yoluxucu xəstəliyin qarşısını ala bilərik. Necə ki, bu gün həyatımıza bir başa təsir edən COVID-19 koronavirus pandemiyasına qarşı hazırlanmış peyvəndləri insanların həyatının xilası kimi qəbul edirik.

Pandemiya yalnız insanarın həyatını əlindən almır, eyni zamanda ümumilikdə cəmiyyətin inkişafına olduqca mənfi təsir gösətir. Məhz COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada bir milyarda yaxın şagird təhsildən kənarda qalıb.

Bu baxımdan pandemiya müasir dövrümüzdə təhsilə vurulan ən böyük zərbə kimi qəbul edilir. Vaksinasiya insanların həyatını xilas etməklə yanaşı, uşaqların inkişafı, daha yaxşı təhsilli gələcəyimiz üçün də vacibdir.

Ötən bir il ərzində şahidi olduq ki, pandemiya dünya iqtisadiyyatına da çox ciddi zərər vurdu. Dünya sərhədləri bağlandı, hava limanları fəaliyyətlərini dayandırdı, böyük qapanmalara gedildi. Nəticədə milyonlarla insan işsiz qaldı, böyük iqtisadi itkilər oldu. Məhz dünya iqtisadiyyatının bərpa olunması üçün də vaksinasiya çox önəmlidir. Hazırda dünyada iqtisadi dirçəlişin təmin edilməsinin yeganə yolu dünyada Covid-19-a qarşı hazırlanmış peyvəndlərlə kütləvi immuniteti formalaşdırmaqdır.

“Covid-19”-a qarşı hazırlanmış peyvəndlər dünyada milyonlarla insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyət kəsb edir.

Bu infeksiyaya qarşı hazırlanmış peyvəndlər tarix boyu mövcud olmuş digər peyvəndlərdən daha daha çox təhlükəsizdir. Çünki bu peyvəndlər yüksək texnologiyaya və biliyə əsaslanaraq hazırlanmışdır. Bundan əlavə, müxtəlif yaş və etnik qruplara aid on minlərlə insana klinik sınaqlar aparılıb və peyvəndlərin yalnız yüngül yan təsirlərinə rast gəlinib. 90-95 faiz effektiv olan bu peyvəndlər əvvəllər müxtəlif xəstəliklər üçün hazırlanan peyvəndlərdən xeyli yüksək keyfiyyətə malikdir. Bu o deməkdir ki, peyvənd olunan hər 10 nəfərdən ən az 9-u xəstələnməyəcək.

Ötən dövr ərzində şahidi olduq ki, Covid-19 ətrafımızda olan bir çox yaxınlarımızın həyatını itirməsinə səbəb oldu. Peyvənd olunmaqla biz özmüzü və ailəmizi, yaxınlarımızı qoruyuruq. Covid-19 hal-hazırda peyvəndlə qarşısı alınan bir xəstəlikdir. Özümüzü və ətrafımızdakı insanlarıq qorumaq üçün vaxtında peyvənd olunmalıyıq.

Mövcud peyvəndlər ən pis halda bizi Covid-19-dan 6-12 ay qoruyacağı proqnozlaşdırılır. Bu qoruma dövrü dünyada milyonlarla ölümün qarşısını almaq, səhiyyə xidmətlərindən azad olmaq və xəstəlik üçün ayrılan xərcləri minimuma endirmək üçün çox vacibdir.

Karonavirus pandemiyası yaşlı və xroniki xəstələr üçün daha çox risk yaradır, lakin Covid-19 səbəbiylə gənc və sağlam insanların da həyatını itirdiyini gördük. Bununla yanaşı, gənclərdə yüngül simptomlar olsa da virusu ətrafdakı insanlara yayaraq həssas insanlar üçün böyük bir təhlükə yaratmış olurlar.

Bu səbəbdən cəmiyyətdə kütləvi immunitetin yaradılması üçün yaşlı insanlarla yanaşı gənclərin də peyvəndlənməsi önəmlidir. Tədqiqatlar göstərir ki, cəmiyyətdə nə qədər çox insan vaksinasiya prosesində iştirak edərsə pandemiya daha sürətlə sona çatar.

Ölkəmizdə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub və bu strategiyaya uyğun olaraq Azərbaycanın hər bir bölgəsində vaksinasiya prosesi uğurla həyata keçirilir. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində ölkəmizdə əhalinin 4 növ vaksin seçiməm imkanı var. İnanırıq ki, Azərbaycan Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarı ilə qalib olduğu kimi vaksinasiya prosesində də bu düşüncə ilə iştirak etməklə ölkəmizdə pandemiya ilə mübarizədə müsbət nəticə əldə olunacaq.

Sanıyeva Zenfira, Sumqayıt şəhər 3 saylı poliklinikanın müalicə işləri üzrə müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər