Parlamentin komitə sədri 20 qrama qədər qızıla aksiz güzəşti barədə məsələyə aydınlıq gətirib

515

Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmiş “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində (3.1 – 188.1.1 maddəyə dəyişiklik) yer alan 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilən malların siyahısından çıxarılması barədə təklifin parlamentə tövsiyə edilən ikinci oxunuşdan çıxarılmasına aydınlıq gətirilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşunda aksizdən azad edilmə ilə bağlı təklif edilən 188.1.7-ci maddədə dəyişiklik olunub: “Qanun layihəsinin birinci oxunuşunda 188.1.7 maddədə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi əksini tapıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən və ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilən layihədə isə təklif olunan 188.1.7-ci maddənin əvvəlinə bir cümlə əlavə edilib. Həmin maddəyə “Vergi Məcəlləsinin 188.1.1 maddəsinin müddəaları nəzərə alınmaqla,” cümləsi əlavə olunub. Fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin və 200 ədəd siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaqdan başqa həcmindən asılı olmayaraq ölkəyə idxal edilən platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il müddətində aksiz vergisindən azad edilir. 3 ildən sonra isə 188.1.1-ci maddə tam versiyada tətbiq olunacaq və hazırda olduğu kimi, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq idxalda aksizdən azad olunacaq”.

Komitə sədri qeyd edib ki, bu səbəbdən qanun layihəsinin birinci oxunuşunda Vergi Məcəlləsinin 188.1.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik (20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalının aksizdən azad edilən malların siyahısından çıxarılması barədə təklif-red.) parlamentə tövsiyə edilən ikinci oxunuşda 188.1.7-ci maddəyə edilən cümlə ilə əvəz olunub: “Bu dəyişiklik qanunun icrasında daha aydın mexanizmlərin tətbiqinə imkan verəcək.

Beləliklə, əgər parlament qanun layihəsini birinci oxunuşda olduğu kimi, hər üç oxunuşda qəbul etsəydi, 3 il ərzində Azərbaycana platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz aksizsiz idxal ediləcəkdi. Eyni zamanda bu 3 i müddət bitdikdən sonra 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın aksizsiz idxalına da icazə verilməyəcəkdi. Layihənin son variantı isə sadəcə, 3 ildən sonra yenə hazırda olduğu kimi 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın aksizsiz idxalına icazə verilməsini nəzərdə tutur.

Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kəlbəcər rayonunun qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə vermiş olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər