Paşinyan İlham Əliyevə təslim olduğunu açıqladı

689

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda müharibənin dayandırılması haqqında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bəyanat imzaladığını bəyan edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Bir neçə dəqiqə bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib. Müraciət Baş nazirin feysbuk səhifəsində yerləşdirilib:

“Mən Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01.00-dan dayandırılması haqqında bəyanat imzalamışam. Artıq dərc olunan bəyanatın mətni mənim və xalqımız üçün olduqca ağrılıdır. Müstəqillik illərimizi təhlil etmək lazımdır ki, gələcəyimizi planlaşdıraq və keçmişin səhvlərini təkrar etməyək. Bütün qurbanlarımızın qarşızında diz çökürəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər