“Peyvənd koronavirusdan ölümün qarşısını alır” – Türkiyəli professor

783

Türkiyədə COVID-19 əleyhinə vaksinin ikinci dozası vurulan 1 milyon 300 min insandan 852 nəfəri koronavirusa yoluxub. Xəstələnən şəxslərdən heç biri dünyasını dəyişməyib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazi Universitetinin Tibb fakültəsinin dekanı, Elmi komitənin üzvü Mustafa Nəcmi İlhan deyib. O bildirib ki, həmin şəxslərdən 53 nəfəri xəstəxanaya yerləşdirilib.

“Onlardan 5 nəfər reanimiasiyada olub, artıq 3 nəfər evə göndərilib. Həmin şəxslərdən heç birinin vəziyyəti ağırlaşmayıb, ölən olmayıb. Bu, çox vacibdir. Deməli, peyvənd təsirlidir. Bizim məqsədimiz xəstəliyi ağır keçirənlərin qarşısını almaqdır. Peyvənd xəstəliyə yoluxmanın qarşısını almaya bilər, amma koronavirusa yoluxan şəxslərin ağır xəstə olmasının, reanimasiyaya düşməsinin və ölməsinin qarşısını alır. Hər kəs tərəddüd etmədən peyvənd olunmalıdır”, – deyə türkiyəli professor vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər