Polad Həşimov 2 il əvvəl bu postda şəhid olmuşdu… – VİDEO

630
Bu gün general-mayor Polad Həşimovun şəhid olmasının ildönümüdür. Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. Hazırda Bakıda, Sumqayıtda və Qəbələdə Polad Həşimovun adına küçə var. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.
Bu şərəfli gün münasibətilə ötən il Polad Həşimovun şəhid olduğu postdan hazırladığı reportajı bir daha təqdim edir:
Tarix 14 iyul 2020-ci il… Anidən sosial şəbəkələrin Azərbaycan seqmentinə sükut çökür, təlaş yaşanır. General-mayor Polad Həşimovun şəhid olduğunu deyirlər. Bəziləri Polad Həşimovun kim olduğundan məlumatsız olsa da, çoxu onunla bağlı xoş xatirələrini bölüşür.
Az sonra müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev kameralar önünə keçir. Üzündə kədər, tutqun səslə Polad paşanın şəhid olduğunu deyir. Beləcə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı ilk dəfə general rütbəli hərbçisini şəhid verdiyi təsdiqlənir.
Ətraflı
Bu, Tovuz döyüşləri zamanı Qaraqaya yüksəkliyində, Mübariz postunda baş verir. Düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində Polad Həşimovla birgə polkovnik İlqar Mirzəyev də ön xətdə şəhidlik zirvəsinə ucalır.
Tovuz döyüşləri zamanı düşmən postu ilə 54 metr məsafədə yerləşən Mübariz postunda ümumilikdə 5 hərbçimiz şəhidlik zirvəsinə ucalır. Əsgərlərlə çiyin-çiyinə döyüşən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevlə yanaşı, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayevi də məhz bu postda şəhid vermişik. Dekabrın 9-da Prezident İlham Əliyev Polad Həşimov və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Çəkiliş qrupumuzla Polad Həşimovun şəhid olduğu posta yollanırıq. Bura təkcə strateji yüksəklik, adi post deyil. Bura, eyni zamanda Vətən müharibəsində ordumuzun, millətimizin güc aldığı yer, mövqedir!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər