Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 71 yaşlı Aslan Aslanov bu vəzifəyə 2018-ci il martın 15-də təyin olunmuşdu.
Müzakirə qapadılmışdır.