Prezident: “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub”

827

Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.

Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi.  Volskinin vaxtında  azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. A.İ.Volskinin hakimiyyəti dövründə Stepanakert şəhərindən 12 min azərbaycanlı qovuldu, 3 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi.  1989-cu il iyunun 13-dən XİK-in tam imkan yaratdığı bir şəraitdə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. A.İ.Volski ona verilən səlahiyyətləri məharətlə həyata keçirərək, Azərbaycan SSR-in Konstitusiya hüquqlarını pozaraq, Dağlıq Qarabağı faktiki olaraq Azərbaycan SSR-in tabeliyindən çıxarıldı, onların arasındakı əlaqəni kəsdi, respublikanın bütün mərkəzi rəhbər partiya və sovet orqanlarının DQMV-in məsələlərindən kənarlaşdırılmasına nail oldu. Eyni zamanda A.İ.Volski muxtar vilayətin Ermənistan SSR-lə əlaqələrinin genişlənməsinə, birgə müəssisələrin yaradılmasına, qeyri-qanuni tikinti işləri aparılmasına, antiazərbaycan təbliğatının güclənməsinə imkan yaratdı. XİK-in fəaliyyəti dövründə Stepanakertdə DQMV-in digər rayon və kəndlərində yüzlərlə cinayət törədilmişdir. Azərbaycanlılar ona yardım üçün müraciət etdikdə, o deyirdi: «Buradan tez gedin, bizim vəziyyətimizi mürəkkəb-ləşdirməyin

A.İ.Volskinin xəyanətkar fəaliyyətini əks etdirən erməni nümayəndəsi R.Arakelov yazırdı: «1989-cu il ərzində A.İ.Volskinin komitəsi vəziyyəti nizama salmaqda nəinki əsaslı bir iş görmədi, əksinə, Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirdi və bura Azərbaycanın ayrılmaz bir hissəsi olmaqdan uzaqlaşdı».

Arkadi Volskinin erməni separatizminə bu xidməti isə cavabsız qalmayıb. Erməni lobbisi onu Qarabağdakı anti-Azərbaycan fəaliyyətinə görə yaxşıca “mükafatlandırıb”. A.Voslkinun sonradan Rusiya Sahibkarlar İttifaqına rəhbərlik etməsi də bu xüsusda təsadüfi deyildi.

Azərbaycanın ozamankı rəhbərliyi xalqa xəyanət etmişdir. Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.

Paşinyanın əsl siması üzə çıxır…

Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi  məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.

İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu.

Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.

Daha sonra Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir.

Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş,  atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.

Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.

Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.

İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?

Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Bu necə müstəqil ölkədir ki, öz qərarını qəbul edə bilmir?.

“Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur”.

Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat məsələ qaldırmayıb.

Ermənistanda  iki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “FreedomHouse”, “HumanRightsWatch”, “AmnestyInternational” niyə susur?

Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən, ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistana və onun havadarlarına beynəlxalq təşkilatlar tərəfindən fərqli yanaşmalar bu gün də hiss olunmaqdadır. Bu, ölkəmizə qarşı ikili standartları qabarıq şəkildə bir daha nümayiş etdirir. Nədənsə beynəlxalq hüquq da bu məsələdə acizlik göstərir.

İstər beynəlxalq təşkilatların, istərsə də beynəlxalq hüququn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına seyrçi münasibət bəsləməsi və məsələni vaxtında ciddi şəkildə araşdırmaması digər bölgələrdə də münaqişələrin və təhlükəli problemlərin yaranmasına, itkin düşən, girov və əsir götürülən insanların sayının durmadan artmasına gətirib çıxarır. Bu məsələdə insanlar ikili standartların qurbanı olmamalıdır

Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.

Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər.

Ermənistanın işğal edilmiş torpaqlarda   məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. Ötən ay Livanın paytaxtı Beyrutdakı limanda  baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyasına başlanılıb. Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Həmçinin, müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfi bununla bağlı dəfələrlə ATƏT-in faktaraşdırıcı missiyasına müraciət edib. ATƏT-in faktaraşdırıcı missiyası dəfələrlə şahidi olub ki, işğal olunmuş ərazilərdə evlər tikilir, məskunlaşdırma prosesi həyata keçirilir.  Bütün bunlar onu göstərir ki, ATƏT-in həm Minsk qrupu, həm faktaraşdırıcı missiyası öz vəzifəsinin öhdəsindən ləyiqincə gələ bilmir. Bəzən qanun pozuntuları ilə bağlı Ermənistan tərəfinə güclü təzyiq edə bilmir, yaxud hadisələrin üzərindən sükutla ötüb keçirlər

Bu gün işğalçı dövlət Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirilir. Zaman-zaman bununla bağlı faktlar açıqlanıb. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin   dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Eyni zamanda düşmən tərəfinin hansısa komediya tipli təlimlər keçirilməsi  açıq təxribatdır.

İyul hadisələri də açıq silahlı təxribat idi.  Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub.

İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

 

“Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq   məsuliyyətsizlikdir”.

Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir.  Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.

“Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”.

Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu ,  BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququgözləməyəcək. Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarındanəl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.

Azərbaycan Prezidenti mövcud  problem, sual, narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir:

  • Serbiya və Rusiya prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim.
  • Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi.  Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm.

Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda   gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.

Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizməmeyil göstərirlər. Azərbaycan hər zaman Gürcüstanın yanında olub.  Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur.  Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub.

Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir.

Prezident İlham Əliyev bu günlərdə Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammitində bu barədə bildirib: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq”.

2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır”.

Azərbaycanı BMT-dəən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir.

Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.

Prezidentin çıxışından sitat:

  • “Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin”.
  • “Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?” 

Ermənistanda  islamofobiya  dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər.

Müsəlman ölkələrinin burda hansı marağı ola bilər? Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümü bildirmək istəyirəm.

Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq”.

Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.   Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.

Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir.   Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil- Ermənistan özü baş çıxarsın. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif  qapıları döyüb yardım istəyirlər. Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .

 

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik.  Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər