Prezident İlham Əliyevdən düşmənə və onun havadarlarına növbəti xəbərdarlıq!

675

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə etdiyi səfər bir sıra mühüm açılışlarla yanaşı həm də Ermənistana növbəti xəbərdarlıq mesajları ilə yadda qaldı. Dövlətimizin başçısı döyüş meydanında təslim olan ölkədə baş qaldıran, revanşist xülyalarla yaşayan radikal qüvvələrə, xüsusən də erməni faşistlərinə növbəti dəfə sərt xəbərdarlıq etdi. Ölkə başçısı müharibə zamanı dağıntılara məruz qalan, dinc əhalinin qətlə yetirildiyi Gəncə şəhərindən bir daha faşizmin baş qaldırmasına imkan verilməyəcəyini bəyan etdi.

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində bir sıra mühüm məsələlərə toxundu, Ermənistana  və onun havadarlarına xəbərdarlıq etdi.

Ölkə başçısı müsahibəsində 44 günlük Vətən müharibəsi zamanı erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoymasından, eyni zamanda müharibə dövründə erməni faşistlərinin törətdiyi cinayətlərdən danışdı: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu”. Ölkə başçısı 10 min fərari, böyük itkilər verən Ermənistanın döyüş meydanında məğlub olduğunu söyləyib. Əlavə edib ki, bizi heç kim və heç nə dayandıra bilməzdi. “Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik”.

Dövlət başçısı mühüm tövsiyələrini verib və bildirib ki, onun əsasını qoyduğu abidə kompleksi təxminən 4 hektara yaxın ərazini əhatə edəcək və Ermənistan tərəfindən dağıdılmış binalar kimi qalacaq.

Dövlət başçısı təməlini qoyduğu Memorial Kompleksin təqribən 4 hektarlıq ərazini əhatə edəcəyini, Ermənistanın dağıtdığı binaların olduğu kimi qalacağını bildirib və mühüm tövsiyələr verib: “Bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Dövlət başçısı Gəncədə erməni faşizmi ilə bağlı həm ölkə, həm də dünya ictimaiyyətinə mühüm mesajlar ünvanladı. Prezident Azərbaycanın sülh tərəfdarı olduğunu lakin, buna baxmayaraq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalı olduğumuzu vurğuladı: “Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Ermənistan hökumətinin faşist təbliğatından danışan dövlət başçımız faşist Njdeyə Ermənistanın paytaxtında – İrəvanda qoyulan abidəni faşizmin təbliğatı kimi diymətləndirib və bildirib ki, “buna son qoyulmalıdır”.  Prezident qeyd etdi ki, bu adam cəllad olub: “Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki faşist hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Ancaq əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir”.

Ermənistanda erməni faşizminin hələ də mövcud olduğuna diqqət çəkən dövlət başçısı təəssüflə bildirib ki,  hazırkı hakimiyyət faşistləri təbliğ edir, onları müdafiə edir. Prezident İkinci Qarabağ müharibəsində erməni faşizmini məğlub etdiyimizi və buna görə də erməni faşistlərinin artıq əvvəlki illərdəki kimi fəal olmadığını qeyd etsə də, ehtiyatı əldən verməmək üçün diqqətli olmağın vacibliyini vurğulayıb: “Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır”.

Beləliklə, müsahibəsində Prezident İlham Əliyev bir daha dünyaya, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına xəbərdarlıq etdi ki, Ermənistan öz xislətindən əl çəkmək istəmir. Belə hadisələr davam edərsə, bu dəfə Ermənistanı heç kim xilas edə bilməyəcək. Ermənistanda faşist ideyalarının qorunub saxlanması, regionda və dünyada terrorun canlanması deməkdir ki, Azərbaycan da buna imkan verməyəcək!

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər