“ İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə büyük ümidlər bəsləyirəm”.
Ümumilli lider Heydər Əliyev, 2003-cü il
Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi illərdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə olduqca böyük uğurlara imza atmış oldu. Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərqin aradan qal dırılması istiqamətində addımlar atılmışdir. Dövlət başçımızın cəmiyyətin inkişafına yönəlmiş qərarlar qəbul etməsi, bizi əhatə edən problemlərə böyük həssaslıqla yanaşması onun vətəndaşlara olan diqqətinin nümunəsidir. Bu il cənab İlham Əliyevin hakimiyyətə gəlişinin 18 ili tamam olur. Ötən illər ərzində Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, Azərbaycanın hüquqi-demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti yaratmaq uğrunda səyi xalq tərəfindən rəğbətlə qarşılanmış, gələcəyə inam yaratmışdır. Arxada qalan 18 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, müasir dövlət quruculuğu sahəsində irəliyə doğru mühüm addım olmuşdur. Bu, eyni zamanda cəmiyyətin bütün istiqamətlərdə inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə, qarşımız da duran müxtəlif problemlərin həllinə təsir göstərmişdir.
Ümumi formada qiymətləndirilərsə, qeyd edilməlidir ki, İlham Əliyev 18 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindan təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Ötən illər ərzində Prezident İlham Əliyev xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaş amili dayanır. Bunu ölkə başçısının iqtisadiyyatın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl və effektiv addımlar da təsdiq edir. Azərbaycan Prezidentinin fərman və sərəncamları əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın həyat səviyyəsinə müsbət təsir göstərir.
Ötən dövr ərzində iri infrastruktur layihələri reallaşdırıldı. Yol -nəqliyyat infrastrukturunun yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Yüzlərlə səhiyyə ocağı, müalicə-diaqnostika mərkəzləri, minlərlə məktəb tikilərək ölkə əhalisinin istifadəsinə verildi.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili va xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 18 ildə Azərbaycanın regional va beynəlxalq nüfuzu getdikcə artmış, Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir.
Silahlı Qüvvələrimizin gücünü artıran, hərbiçilərimizin döyüş əhvali-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsi olmuşdur. Ön cəbhə xəttində xidmət edən hərbçilərlə hər bir görüşündə onlara möhkəm mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını bir daha və əyani şəkildə nümayiş etdirmişdir.
Ölkə başçısı ordu quruculuğunda onun maddi-texniki b zasının artırılmasını həmişə əsas prioritet istiqamət kimi dəyərləndirib. Belə ki, son dövrlər Azərbaycanın Silahlı Qüvvələrinin hərbi potensialı durmadan artaraq, çoxlu hərbi texnika, müasir silahlar, sursatlar, döyüş təyyarələri, döyüş və hərbi-nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr və s. əldə edilmiş və nəticədə ordumuzun hərbi gücü artmışdır. Bunun nəticəsidir ki, Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi ilə Azəraycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində öz sözünü dedi, işğal olunmuş ərazilərimizi azad etdi və Ermənistan ordusunu darmadağın etdi. Beləliklə, Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azəraycan Silahlı Qüvvələri bu gün, müasir texnika ilə təchiz edilib və vətənin müdafiəsinə daim hazır olan yüksək nizam intizama malik bir orduya çevrilib.
Azərbaycan inkişaf edir, ölkəmiz müasirləşir, dövlət müstəqilliyimizin əbədiləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır. Zamanın tələb etdiyi bütün islahatları uğurla reallaşdıran dövlət başçımız müstəqil Respublikamızın dünyanın inkişaf etmiş ölkələrinin sırasına çıxarılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur.
Arxada qoyduğumuz illər ərzində Azərbaycan həyata keçirdiyi mühüm enerji layihələri ilə həm özünün enerji təhlükəsizliyini gücləndirmiş, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin etdi.
Məhz bu illər ərzində Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanılmışdır. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının bölüşdürülməsi ilə bağlı yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və Azərbaycan neftini birbaşa dünya bazarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng layihələr həyata keçirildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklərin baş verdiyi son 18 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş və onun ən güclü dayağı olmuşdur. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri reallaşdırdı. Bu illər ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi və iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Prezident İlham Əliyev respublikanın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, belə qarşılıqlı etimad şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxa sınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.
Fatimə Tanrıverdiyeva, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı