Prezident İlham Əliyevin fəaliyyəti gələcəyə hesablanmış idarəçiliyin nümunəsidir

628

Bu gün Azərbaycana Ulu öndərin yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti uğurla inkişaf etdirilərək  dövlətimizə qalibiyyətlər yaşadır.  Xalqın iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideri olmaqla səsimizi dünyaya duyurur.

Peşəkar siyasətçi, uğurlu siyasi manevrləri sayəsində Vətənimizi ərazibütövlüyünə çatdıran fenomenal şəxsiyyət cənab İlham Əliyev 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir.  Elmi-pedaqoji fəaliyyətə burada başlamış, aspirant, daha sonra müəllim olmuşdur. Fəaliyyətini Tarix elmləri namizədi kimi davam etdirmişdir. Daha sonra1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti və birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinə üzv vəzifələrində çalışmışdır. Bir qədər sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri vəzifəsində uğurla çalışmışdır.

Siyasi tariximizin astanasında Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın yardımçılarından biri olmuşdur. Əbəs yerə deyildi ki, Ulu Öndər Heydər Əliyev 01.10.2003-cü il tarixli müraciətində belə deyirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Ardıyca qeyd etmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Yaxın tariximizdə bu tarixi çıxışdan irəli gələn müddəaların hər birinə öz sırası ilə şahid olduq. Ata vəsiyyətini çox böyük məharətlə yerinə yetirən cənab dövlət başçısı xalqın da dəstəyinə arxalanaraq ən böyük nailiyyətə imza atdı. 30 ilə yaxın tarixdə düşmən əsarətində qalan torpaqlarımızı Azərbaycana qovuşdurdu.

Dövlət başçısı bu anları Xankəndi şəhərində1 5 oktyabr 2023-cü il tarixindəki çıxışında belə vurğulayıb: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə gələcəyə hesablanmış idarəçiliyin nümunəsidir. Özündə humanizm ideyalarını və milli dəyərləri birləşdirən siyasəti ilə müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına gətirib çıxardı. İndi dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əsas ünvanına çevrilib.

İlham Əliyevin siyasətində əsas prioritet təşkil edən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmaqla gənclərin potensialından səmərəli istifadə olunması, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birinə çevrilib.

Bu gün Azərbaycan dünyada dayanmadan inkuşaf edən, siyasi-mədəni əlaqələrin tolerant sferada inkişaf etdiyi dövlətlərdən birinə çevrilib. Yenidənqurmanın və bərpanın əsas diqqət mərkəzi işğaldan azad olmuş Qarabağ torpaqlarında daha aydın görünür. Prezident İlham Əliyevin bu işlərə ciddi nəzarəti azad olmuş rayonlara müntəzəm səfərlərində özünü bariz göstərir. Yaxın tarixə hesablanmış bu ardıcıl planlama işləri uzun illər torpaqlarından uzaq düşmüş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasının müjdəçisidir.

Bu gün Azərbaycan xalqının qarşıdan gələn prezident seçiklərində namizədi artıq bəllidir. Xalq ona inanır və növbəti illərdə də çiçəklənən Azərbaycanın rifahı üçün birgə addımlamağın ən uğurlu seçim olduğunu bilir.

Natəvan Axundzadə,  Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemin direktor vəzifəsini icra edən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər