Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib.
Prezidentin təltif etdiyi qadınlar arasında Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əhmədova Lətifə Tərlan qızı da var.