Prezidentin bu gün mükafatlandırdığı gənclər kimdir? – ARALARINDA SDU-NUN MƏZUNU DA VAR

2167

əbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları veriləcək.

Həmin gənclərlə bağlı məlumatı təqdim edirik:

Elm sahəsi üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb.

Qeyd edək ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dovlət Universitetinin Biologiya fakültəsini “Genetika” ixtisası üzrə bitirib. O, 2015-ci ildə Niderlandın Vageningen Universitetinin “Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub.

2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan ʺXərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi” adlı qrant layihəsində icraçı kimi iştirak edib. 2021-ci ildə AMEA Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

İnnovasiya və sahibkarlıq sahəsi üzrə mükafata layiq görülən Suad Muradov hazırda ABŞ-da Duke Universitetində magistr təhsili alır. O, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Şahbaz Muradovun nəvəsidir. S.Muradov “İstiqbal-1” layihəsinin həmmüəllifidir.

Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə mükafat alan Əziz Qasımov Naxçıvan Dövlət Universitetinin müəllimidir.

Emiliya Bayramova Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədridir. O, 1998-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin Beynəlxalq münasibətlər ixtisasından məzun olub.

Azər Əliyev Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədridir. O, UNEC-in bakalavr və magistr məzunu olub.

Quliyev Azər bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Təngnəfəs” filminin rejissorudur.

Gülaliyeva Səyyarə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.

Hidayətov Coşqun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktorudur. O, Sumqayıt Dövlət Universitetindən məzun olub. C.Hidayətov həm də Vətən müharibəsi iştirakçısıdır.

Hüseynov Orxan “CadeNZa” orkestrinin artistidir.

Xəlilli Əliqənbər hazırda ABŞ-ın “TopTal” şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir. “Qafqazinfo”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər