Prokurorluğa “yaraşmayanlar” qovuldu

564

Ötən il Azərbaycanda 10 prokurorluq əməkdaşı orqandan xaric olunub.

Bu barədə Baş Prokuror Zakir Qaralov bu gün keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş  21 əməkdaş, o cümlədən 5 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edilib.APA-nın məlumatına görə, bundan başqa 77 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq  prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünasın yaxın vaxtlarda vakant vəzifələrə təyinatlarının aparılacağı,  ümumilikdə kadr tərkibinin 52 faizdən çoxunun bu yolla işə qəbul olunan gənclər olduğu  islahatların  uğurlu nəticələri kimi dəyərləndirilib.

Z. Qaralov qeyd edib ki, 2012-ci ildə müxtəlif  xətalara yol verdiklərinə  görə 62 əməkdaş intizam qaydasında  cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilib, xidmətlə bir araya sığmayan və  prokurorluq işçisinə yaraşmayan, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin  Etik davranış Kodeksi»nin tələblərini  pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb ediliblər. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinrsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər  tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilən müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər