Qapalı kafe-restoranlara da icazə veriləcək – Gecə 12-yə qədər

1496

Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bu qərar 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər