“ Qarabağda Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var ”

961

Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. İlham Əliyev baş tutan konfransda azərbaycan ordusunun 44 günlük vətən müharibəsindəki uğurları və gələcək planlardan danışıb.
İlham Əliyev
Bu gün bizim müzakirə etdiyimiz daha bir məsələ, əlbəttə, keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsidir.
Buna görə indi biz ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə – “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.
Konfransda haqqında danışılan məsəsələr arasında, son vaxtlar tez-tez vurğulanan “ağıllı kənd ” layihəsi xüsusiylə diqqət çəkir. Prezident İlham Əliyev böyük qələbədən sonra bütün çıxışların da olduğu kimi bu dəfə də azad olunmuş ərazilərə xarici şirkətlərin cəlb olunmasının mümkünlüyündən danışıb.
Prezident İlham Əliyev: Mən artıq bu barədə bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, “Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var ”.
Bütün bu çıxışlar da onu göstərir ki, “ Böyük qayıdış ” ifadəsi təkcə məcburi köçkünlərin öz evlərinə qayıtması deyil, eyni zaman da millətimizin öz şanlı tarixinə qayıtması və gələcək tarixidir. Şüphəsizdir ki, azərbaycanın bütün bu planlar həyata keçdikdən sonra regionda nüfuzu daha da artacaqdır. İşğaldan azad olunmuş ərazilərin turizm imkanlarını nəzərə alsaq, azərbaycan dünyanın diqqət mərkəzinə çevrilə bilər. Qarabağ isə öz tarixiliyini qorumaqla bərabər, müasir tələblərə cavab verən bir guşəyə. Prezident İlham Əliyev öz çıxışların da dəfələrlə vurğulayıb ki, -Bəzi şəhərlər də bir dənə belə yararlı ev yoxdur. Bütün bu dağıntılar düşmənin niyyətinə dəlalət edir. Azad olunmuş torpaqların yenidən canlanması və həyat tapması artıq quru bir ifadə deyil. Azərbaycanın böyük şairi Məhəmməd Hadi “ Yox millətimin imzası, bu imzalar içində ” deyərək, öz təəsüfünü dilə gətirirdi. Lakin bu gün millətimizin imzası, həmin imzalar içində öz layiqli yerini tutmuşdur. Qüdrəti və istedadı isə artıq hər kəs üçün aşkardır.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının məsləhətçisi,
Gənclər Birliyinin sədr müavini Emin Əliyev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər