Rafael Ağayev bürünc medal üçün döyüşəcək

1755

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə Premyer Liqa turniri başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından olan nüfuzlu yarışın ilk günü Firdovsi Fərzəliyev (-67 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komanda görüşlərə qatılıb.

Kata millimiz mübarizə apardığı qrupda üçüncü yeri tutub. Vahid Ayvazovun yetirmələri sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq.

Beşqat dünya çempionumuz Rafael Ağayev isə ötən Paris Premyer Liqasında gümüş medal qazansa da, bu dəfə nəticəsini yaxşılaşdıra bilməyib. O, xorvat İvan Martinats (1:0), italyan Andrea Minardi (4:0) və türk Ərman Eltemura (2:0) qalib gəlsə də, yarımfinalda iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzaraq finala çıxa bilməyib. Ağayev sabah bürünc medal uğrunda fransalı Loqan da Kosta ilə görüşəcək.

Qeyd edək ki, bu yarışda 86 ölkədən 737 karateçi iştirak edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər