Ramil Usubov və Tağı Əhmədovun menyusuna – ŞİKAYƏT

921

Bu ölkə tarixin hər anında qəhrəmanlar yetişdirib, yetişdirəcək də. Lakin cəmiyyətimizin indiki halını nəzərə alsaq, buna şübhə yaranır. Əslində buna şübhə də demək düzgün deyil, sadəcə, belə yazmağa məni bir neçə gün öncə yaşadığım bir hadisə vadar etdi.

24.05.2013-cü il tarixində, yəni üç gün öncə saat 17:00-18:00 radələrində metronun “İçərişəhər” stansiyasında jurnalist həmkarımı gözləyirdim. Yarım saata yaxın gözləyəsi oldum, lakin həmkarım xəbər verdi ki, gələ bilməyəcək. Belə olunca, mən də metro ilə geri dönmək qərarı aldım. Elə girişdən keçmişdim ki, stansiyanın girişində dayanmış, əslində təhlükəsizliyə cavabdeh olan, amma yarım saatdır gözlərini məndən çəkməyən 3 mühafizəçidən birinin “get, get gözlədiyin də gəlmədi. Get, dəsrlərini oxu” dediyini eşitdim.

Əslində eskalatorla aşağı düşə-düşə fikirləşdim ki, mən bunların cavabın verim yoxsa …?! Sonda qərarımı verdim: yox mən belələrinin cəzasını verməliyəm, bunları elə vəziyyətə qoymalıyam ki, bir də heç bir qıza, qadına başlarını belə qaldırıb baxmasınlar. Axı nəyə görə Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullar mənə görə, sizə görə, onlara görə, yəni, bu millətə, bu millətin namusuna, qeyrətinə görə, canlarını qurban verirlər, hansısa metro muhafizləri, öz millətinin xanımına, belə deyək, həm də elə öz namusuna söz atmalıdır? Niyə Mübariz təkbaşına erməni tərəfə keçib onları orda qırıb, sonra şəhid olmalıdır, amma bu ……… lar mənə və mənim kimi gündəlik olaraq, ictimai nəqliyyatdan istifadə edən yüzlərlə qıza, qadına söz atmalıdır?!

Əgər mənim təhlükəsizliyimi təmin etməkdə görəvli olan bu şəxslər mənə söz atırsa, o zaman tində duran avaradan nə gözləməliyəm? Yaxud, bu durumda biz hansı namusdan, hansı qeyrətdən danışa bilərik? Hətta şikayət üçün stansiya rəisinin yanına gedəndə və o da “qoyun, bu, onlara dərs olsun” deyib həmin mühafizəçiləri çağıranda da eyni sualı verdim. Dedim ki, bu cəmiyyətdə sizə də aid olan qadınlar yaşayır, kimlərsə onlara söz atsa, sizə necə təsir edər? Təbii, jurnalist olduğumu və etdikləri hərəkətə görə onları peşman edəcəyimi deyən ana qədər üzümə durdular, hətta məni borclu çıxardılar. Artıq o həddə gəldim ki,dedim “sən Allah baqışlayın, mənim başım çatmır, dəli olmuşam”. Daha sonra isə mən israrla onların adlarını və soyadlarını istədim. Biri verdi -ABBASOV ZİYA.

24.05.2013 də saat 6-ya qalmış metronun “İçərişəhər” stansiyasımın düz girişində mühafizə xidmətində dayanan Ziya Abasov və onunla birgə eyni iş saatında, növbədə olan, adlarını verməkdən qorxan və israrla bundan imtina edən daha iki işçi.

Mən bir Azərbaycan xanımı, bir jurnalist olaraq, Bakı Şəhər Metropoliten rəhbəri Tağı Məmmədov cənablarına yuxarıda haqqında qeyd olunan üç şəxsin işdən azad olunmaları haqda xahişlə müraciət edirəm.

Çox istərdim ki, buna ciddi nəzarət olunsun, belə halla üzləşən xanımlarımız da buna biganə qalmasınlar, yerindəcə tədbir görsünlər ki, cəmiyyətimizdə belə biabırçılıqların kökü kəsilsin. Öz millətinə, öz qadınına və gördüyü işə hörmət etməyən insanlar dərhal, sorğu-sualsız cəzalandırılmalıdır.

Günəş Fərhadlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər