Ramin Məmmədov: ‘Azərbaycan gəncliyi beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir’

639

«Azərbaycan gəncliyi beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil edir. Hazırda minlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır ki, bu da çox mühüm göstəricidir».

Bu fikirləri YAP-ın rəmi saytına YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, gənclər təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təbliğ edirlər. Onun sözlərinə görə, ASAİF-in Romada keçirilən toplantısı bu faktı bir daha təsdiq etdi.

«Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir, qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər»- deyə, R.Məmmədov vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər