Rasim Balayev Ankarada müalicə olunacaq – AÇIQLAMA

1087

Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev müalicə almaq üçün sabah Türkiyənin Ankara şəhərinə yola düşəcək.

Milli.Az xəbər verir ki, bu barədə ölkə.az-a aktyor özü məlumat verib.

R.Balayev belindəki ağrıların hələ də davam etdiyini bildirib:

“Belimdə ağrılar yaranır. İndiyədək nə qədər müalicə olunsam da, bir xeyri olmayıb. Bakıda əməliyyat yolu ilə sağalacağım barədə təkliflər var idi. Ancaq özüm əməliyyat etdirmək istəmədim. Ankarada bir yaxşı həkim tapmışıq. İnşallah sabah ora yola düşəcəm”.

Rasim Balayev bir neçə vaxt Türkiyədə müalicə olunacağını söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər